17 Mart 2019 00:35
732
İQTİSADİYYAT
A- A+
Ağdamın kəndində qədim at fiquru tapılıb

Ağdamın kəndində qədim at fiquru tapılıb


Ağdam rayonunun Üçoğlan kəndi ərazisində eradan əvvəl XII-XI əsrlərə aid Sarıçoban kurqanı yaxınlığında at fiquru aşkar edilib. Maddi mədəniyyət nümunəsini Ağdamkənd kəndindən məcburi köçkün Şahmar Ələsgərov quyu qazarkən tapıb.

Şahmar Ələsgərov AZƏRTAC-a bildirib ki, çəkisi 1,5 kiloqram olan at fiquru torpağın 6 metr dərinliyində aşkarlanıb. At fiquru çıxarılan zaman bir neçə yerindən qırıldığı üçün lentlə bağlanıb. Sakinlər tərəfindən ərazidən indiyədək müxtəlif qablar və sikkələr də tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəisi, professor Hidayət Cəfərovun dediyinə görə, Sarıçoban kurqanında hələ 1986-cı ildə arxeoloji tədqiqatlar aparılıb. Sarıçoban abidəsi Tərtər rayonundakı Borsunlu və Bəyimsarov kurqanlarından sonra Azərbaycanda üçüncü tayfa başçısı kurqanıdır. Hündürlüyü 5 metr, diametri 45-50 metr olan konusvarı torpaq kurqan qeyri-adi quruluşu ilə indiyədək məlum olan abidələrdən tamamilə fərqlənir. Kameranın mərkəzi hissəsində, tunc lövhələrlə bəzədilmiş taxt üzərində tayfa başçısı dəfn olunub. Qərb və şimal kameralarında isə onun silahdaşıyanı və şəxsi mühafizəçisi bükülü vəziyyətdə basdırılıb. Tayfa başçısının ətrafında və başqa kameralarda 16 at skeletinin qalıqları aşkar edilib ki, onlardan yeddisi cilovlanmış halda qalıb.

Sarıçoban kurqanından xeyli maddi mədəniyyət nümunələri - 100-dən artıq ox ucu, onlarla bəzək nümunələri, xəncər, qılınc, nizə ucu və sair aşkar edilib. Burada tapılan müxtəlif tipli at cilovları da maraq doğurur. Ön Asiyada eradan əvvəl II minilliyin sonlarında geniş yayılmış at əsləhəsi tipinə aid olan bu cilovlar mükəmməlliyi ilə fərqlənir. Cilovlar qantarğalıdır. Dörd at başı fiquru ilə bəzədilmiş bir cilov xüsusilə seçilir. Atların boynu nazik, uzun, kiçik qulaqları dikdir. Bu xüsusiyyətlər yalnız təmizqanlı atlara məxsus olur. Bu baxımdan Sarıçoban atlarının diqqətlə araşdırılması Qarabağ atlarının tarixi mənşəyini də aydınlaşdırmağa yeni imkanlar aça bilər.

Aşkar edilən əşyalar Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Ülvi Qədirov bildirib ki, 1962-ci ildə yaradılmış və 2500-dən artıq eksponatın sərgiləndiyi Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı məhv edilib. 2001-ci ildə yerli əhalinin köməyi ilə rayonun işğal edilməmiş ərazilərindən yenidən toplanan, bərpa edilən, həmçinin arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət nümunələrinin hesabına muzey yenidən fəaliyyətə başlayıb. Hazırda Qaradağlı kənd Mədəniyyət Evinin binasında fəaliyyət göstərən muzeydə 1200-dən artıq eksponat sərgilənir. Yeni aşkar edilən at fiquru da muzeydə öz yerini tapacaq və ziyarətçilərin marağına səbəb olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!