20 Noyabr 2025 09:22
623
SİYASƏT
A- A+
Ağdam dirçəlişin, inkişafın, qayıdışın rəmzidir

Ağdam dirçəlişin, inkişafın, qayıdışın rəmzidir


Noyabrın 20-si Azərbaycan tarixində xüsusi önəm daşıyan günlərdən biri olan Ağdam Şəhəri Günüdür. Bu gün işğaldan azad olunmuş Ağdamın dirçəlişini, xalqımızın yenilməz iradəsini, dövlətimizin gücünü və Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətini ifadə edir. Cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən Şəhər Günləri sırasında 20 noyabrın Ağdam şəhəri günü kimi qeyd olunması bu torpağın tariximizdəki qürurlu yerini bir daha təsdiqləyir.

Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz şücaəti, dövlətimizin qətiyyəti nəticəsində 10 noyabr 2020-ci il bəyanatı ilə Ermənistan Ağdamdan çıxmağa məcbur oldu. 20 noyabr 2020-ci il Ağdamın yenidən doğulduğu gündür. Bu tarixi qayıdışda cənab Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan əsgərinin qəhrəmanlığı həlledici rol oynadı. “Ağdamın azad olunmasına görə” medalı ilə minlərlə igid döyüşçümüzün təltif olunması isə bu qəhrəmanlığın əbədiləşdirilməsidir.

Ağdam işğaldan azad edilən ərazilər arasında ilk təsdiqlənmiş Baş Planla yenidən qurulur. Şəhər 100 min əhalisi olan müasir bir mərkəzə çevriləcək. Artıq beş məhəllədən ibarət şəhərsalma modeli üzrə tikinti işləri sürətlə davam edir, kəndlər bərpa olunur, yollar çəkilir, ərazilər minalardan təmizlənir. 2025-ci ilin oktyabr ayına qədər 825 ailə, 3318 nəfər Ağdama geri dönmüşdür. Bu, Böyük Qayıdışın ən real ifadəsidir.

Cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan 190 hektarlıq Ağdam Sənaye Parkı artıq ölkənin ən böyük sənaye zonalarından biridir. 

2025-ci ilin mayında açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat xəritəsini tamamilə dəyişir və bu kompleks Qarabağın mühüm nəqliyyat qovşağı olacaq.

Eyni tarixdə açılışı olmuş Ağdam Muğam Mərkəzi isə mədəni həyatımızın yeni mərhələsidir. 474 yerlik zalı, amfiteatrı, dərs otaqları ilə bu mərkəz Qarabağın musiqi beşiyi olan Ağdamda muğam sənətinin yenidən çiçəklənməsinə xidmət edir.

Bu gün Ağdam dirçəlişin, inkişafın, qayıdışın rəmzidir. Bu gün dövlətimiz güclü, ordumuz qüdrətli, xalqımız bir yumruq kimidir. Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq və o, Qarabağın ən böyük, Azərbaycanın ən müasir şəhərlərindən biri olacaq.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!