30 Aprel 2025 08:40
399
İQTİSADİYYAT
A- A+
Ağalıda əhaliyə əkin üçün torpaqların icarəyə verilməsinə başlanıb

Ağalıda əhaliyə əkin üçün torpaqların icarəyə verilməsinə başlanıb


Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinləri ilə icarə müqavilələrinin imzalanması mərasimi keçirilib. 

İmzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin əməkdaşları, nazirlik Aparatı və tabeli qurumların məsul şəxsləri, Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd sakinləri, fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Ağalı kəndi üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu prosesi 1 mart - 31 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə aparılıb: "Ümumilikdə Ağalı kənd sakinlərindən kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı 74 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən kənd sakinlərinə hərtərəfli texniki dəstək göstərilib. Daxil olan müraciətlər təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. Təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılmış, habelə 2-30 aprel tarixləri arasında müraciətçilərə təlimlər keçirilmişdir. Müraciətləri təsdiqlənmiş şəxslərdən 32 nəfər tərəfindən 3 kooperativ formalaşdırılıb. Bununla da işğaldan azad olunmuş ərazilərdə ilk kooperativlər fəaliyyətə başlayıb. İlkin mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlərdə birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb. Müraciətləri təsdiqlənmiş digər kənd sakinləri ilə icarə müqaviləsinin bağlanması və icarəyə verilən ərazilərin sakinlərə yerində tanıdılması prosesi may ayının 31-dək davam edəcək".

Tədbirdə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev qeyd edib ki, Böyük qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsinə başlanılması buradakı əhalinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmalarına imkan yaradır və bu isə onların sosial həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olacaq: "Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, bu ərazinin iqlim şəraitinə uyğun, mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirləri görməlidirlər. Müəyyən olunmuş qaydalara (öhdəliklərinə) əməl etməyən sakinlər ilə bağlanan icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək".

Qeyd edək ki, torpaq sahələri suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərin əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2, çoxillik bitkilər üçün 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticəsinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.

Tədbir çərçivəsində kənd sakinlərinə aqrar sahədə dövlət dəstəyi tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının aqrar sahədə göstərdiyi xidmətlər, aqrar subsidiya mexanizmi, texnika və damazlıq heyvanların alışının maliyyələşdirilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti, aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı məlumatlandırma sessiyaları təşkil edilib. 

İmzalanma mərasimindən sonra tədbir iştirakçıları Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun 5 hektar sahədə salınmış nümayiş əkinlərinə baxış keçiriblər. Nümayiş əkinlərinin salınmasında məqsəd torpaqları icarəyə götürmüş kənd sakinlərinə əkin üsulları, əkin sxemi, müasir suvarma sistemlərinin quraşdırılması təcrübəsi ilə yerində əyani tanış olmaq imkanı yaratmaqdır.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!