17 Oktyabr 2025 09:15
13182
Oxucu məktubları
A- A+
Ağ-qara taxtanın qızıl yazısı

Ağ-qara taxtanın qızıl yazısı


Azərbaycanın zəka oyunları sahəsində yetişdirdiyi istedadlardan biri də Sumqayıtın fəxri Nurtən Ələsgər qızı Nuriyevadır. O, gənc olmasına baxmayaraq, artıq dünya və Avropa arenalarında ölkəmizi uğurla təmsil edir, zəhmət və istedadın bəhrəsini görür.

2008-ci il aprelin 24-də Sumqayıtda anadan olan Nurtən hazırda bu şəhərdəki 13 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Bu gənc istedad hələ 5 yaşında olarkən şahmatla maraqlanmağa başlayıb. İlk addımlarını müəllimləri Əsli və İlqar Əliyevlərin rəhbərliyi altında atıb. Hazırda onun məşqçisi Vüqar Bayramovdur.

Nurtən çox sayda yerli və beynəlxalq yarışda iştirakıyla həm fərdi, həm də komanda üzrə Azərbaycanı uğurla təmsil edib.  2023-cü ildə Albaniyada keçirilən Avropa çempionatında 3-cü yeri tutan Nurtən 2024-cü ildə Gürcüstanın Batumi şəhərində beynəlxalq "Open" turnirinin qalibi olub. Bu uğurlar təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan şahmat məktəbinin gücünü sübut edir.

Bu il  keçirilən və "Zəkalıların mübarizəsi" adlandırılan Olimpiada yarışında  Sumqayıt komandası ilə birlikdə Azərbaycan çempionu olmuş Nurtən bu mötəbər titulun qazanılmasına böyük töhfə verib. Nurtən 6 qat Azərbaycan çempionudur.

Bu gün Nurtən Nuriyeva Azərbaycan milli şahmat komandasının üzvüdür.  Gənc şahmatçımızın uğurları həm yaşıdlarına, həm də gələcək nəsillərə motivasiya verir. Onun timsalında biz bir daha şahid oluruq ki, əzm, iradə və istedad bir araya gələndə hər kəs zirvələri fəth edə bilər.


İ.MƏMMƏDOVA,

Sumqayıt şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!