23 Avqust 2023 09:16
3295
Səhiyyə
A- A+
"Ağ ölüm"dən necə xilas olmalı

"Ağ ölüm"dən necə xilas olmalı

 

Türkiyənin Moodist Psixiatriya və Nevrologiya Klinikasının baş həkimi, professor Kültegin Ögel ən uğurlu tibbi mübarizə metodlarından danışır

 

Dünyanı çənginə alan "ağ ölüm"lə mübarizə artıq əksər dövlətlərin prioritet istiqamətlərindən birinə çevrilib. Statistika da göstərir ki, ildən-ilə narkotik qurbanlarının, istəyərək və ya istəməyərək bu maddələrin aludəçisinə çevrilənlərin sayı artır. Bu baxımdan narkomaniya ilə mübarizə istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, məktəblilərə zərərləri barədə  məlumatlar verilir. Demək olar ki, ictimai yerlərdə tez-tez narkotikin gətirdiyi "ağ ölüm"lə mübarizəyə dair reklamlara rast gəlirik. Təbii ki, narkomaniyaya qalib gəlməyin ən effektiv yolu ilk növbədə bu maddələri satanlar, təbliğ edənlər ilə mübarizədir. Narkotik vasitələri, psixotrop maddələri sataraq uşaqların, gənclərin həyatını məhv edənlərə, bu sahəni özünə biznes fəaliyyəti seçənlərə qarşı qanunauyğun olaraq sərt tədbirlərin görülməsi ən vacib məsələdir. 
Ölkəmizdə də narkomaniya ilə mübarizə istiqamətində ciddi tədbirlər həyata keçirilir, ictimai maarifləndirmə işi aparılır. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" mühüm rol oynayır. 
Proqramın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır. Eyni zamanda narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlər də dövlət proqramında yer alıb.

 

Narkomaniya ilə mübarizədə ən yeni, effektli müalicə üsulları

 

Dünyanı bürüyən bu bəla ilə mübarizədə qalib gəlmək üçün beynəlxalq əməkdaşlıq, bu istiqamətdə qazanılan təcrübəni öyrənib ən təsirli tədbirlər görmək xüsusilə vacibdir. Bəs hazırda beynəlxalq miqyasda narkomaniya ilə mübarizə tədbirləri necə aparılır? Narkotik istifadəçilərinin asılılıqdan xilas olması üçün ən effektli müalicə üsulları hansılardır? Bu suallara cavab tapmaq üçün  Türkiyənin bu sahədə ən yaxşı müalicə və reabilitasiya  mərkəzi sayılan Moodist Psixiatriya və Nevrologiya klinikasının baş həkimi, professor Kültegin Ögelə müraciət etdik.
O, söhbətimizdə narkomaniya ilə mübarizədə tətbiq olunan son müalicə üsullarından danışdı. Həkim qeyd etdi ki, narkotik asılılığı ilə bağlı ən effektiv üsulları preventiv və müalicə mərhələsi olaraq iki yerə ayırmaq olar. Onun sözlərinə görə, qabaqlayıcı tədbirlər zamanı narkotikdən istifadənin qarşısının alınması strategiyaları ilə yanaşı, son illər risk qrupuna daxil olan uşaq və gənclərə istiqamətlənən tədbirlər də mühüm yer tutur. 
K.Ögel dedi ki, müalicə mərhələsində qısamüddətli müdaxilə mühüm rol oynayır, çünki hər kateqoriyadan olan şəxslər kompleks müdaxilənin tətbiqi ilə razılaşmır. Bu baxımdan qısamüddətli müalicə çoxları üçün uyğun hesab olunur.
Baş həkim vurğuladı ki, Türkiyədə narkotik asılılıqdan müalicə məqsədli  reabilitasiya mərkəzləri yeni qurulmaqla, bu klinikalarda detoksifikasiya və ambulator monitorinq üçün ən təsirli müalicələr həyata keçirilir: "Dünyada tətbiq olunan bütün üsullardan və effektivliyi sübut edilmiş depo inyeksiya dərmanlarından istifadə olunur. Bu dərmanlar 3 ay ərzində təsirli olur. Türkiyədə bəzi mərkəzlərdə tətbiq olunan intensiv ambulator müalicə proqramlarının da sağalmada təsirli olduğu müəyyən edilib".

 

Narkotik istifadəçilərinə tətbiq olunan fərdi proqramlar

 

K.Ögel qeyd etdi ki, dərman vasitələri və psixoterapiya əsas müalicə üsullarıdır. Müalicə alan narkotik istifadəçisinin asılılıqdan xilas olması ilə bərabər, normal sosial həyata qayıtması uğurlu işin əsasıdır. Yəni belə insanların öz işlərini görməsi önəmli faktordur. Buna görə farmakoloji və psixososial müalicələrin yanaşı aparılması daha uğurlu olur. Bundan başqa, ailə üzvlərinin və ətrafındakı digər şəxslərin - dost-tanışın da müalicə prosesinə cəlb olunmasının müsbət təsirləri var.
Narkotik aludəçilərinin müalicəsi zamanı onların digər istifadəçilərlə birlikdə müalicə almasında bir problem olmadığını deyən professor bildirdi ki, hətta bəzən bu, daha məqsədəuyğun hesab olunur. İlkin mərhələdə həmin şəxslərin ətrafdakılardan izolyasiyası önəmli olsa da, müəyyən müalicə müddətindən sonra onların cəmiyyətə inteqrasiyasına nail olunmalıdır.
Psixoloji və nevroloji problemləri və iradəsi zəif olan şəxslərin narkotik vasitələrdən istifadəyə daha meyilli olması ilə bağlı mülahizələr barədə sualımızı isə K.Ögel belə cavablandırdı: "Hər kəs narkotikə meyilli ola bilər. Bu baxımdan psixoloji və ya nevroloji problemləri olanların daha çox risk faktoru olduğunu deyə bilmərik. Amma sağalma müddətində psixoloji problemlərin müalicəsi də böyük rol oynayır".
"Moodist"də narkotik istifadəçilərinin sağalması, tezliklə normal həyata qayıtması üçün fərdi proqramlar tətbiq olunur. Bu barədə məlumat verən baş həkim qeyd etdi ki, "BapiSoft" adlandırılan proqramla müraciət edən şəxslərin ilkin müayinəsi həyata keçirilir. Onların qiymətləndirilərək riskləri və ehtiyacları müəyyən edilir və buna uyğun olaraq Fərdi Bərpa Proqramı (CRP) həyata keçirilir. "Bu, fərdiləşdirilmiş proqramdır. Xəstəyə həm narkotik asılılığı haqqında psixotərbiyə verilir, həm də onu müşayiət edən psixi problemlər müalicə olunur. Qrup terapiyalarında ən yeni, geniş yayılmış metodlar tətbiq olunur və narkotik istifadəçisi gündə ən azı 2 dəfə bu terapiyaya qoşulur", - deyə həkim əlavə edib.
O, narkotik istifadəçilərinin asılılıqdan qurtulması üçün "Art terapiya"nın müalicə üsulları arasında mühüm rol oynadığını vurğuladı. Müalicə prosesində psixoloq və psixiatrlarla yanaşı, sağalmış, narkotik aludəçiliyindən xilas olmuş  şəxslər də yer alır. Beləliklə, sağalma mərhələsində terapiyaya cəlb olunanlara kömək etmiş olurlar. Narkotik istifadəçisinin ailəsini də müalicə prosesinə cəlb etməklə ortaq bir yol tapılır. 
Professor bildirdi ki, tibbi olaraq sürətli detoksifikasiya həyata keçirilir: "Xəstəxanadan buraxılan zaman isə təkrar narkotik istifadəsinin qarşısını alacaq dərmanlar tətbiq olunur. Bunlara depo inyeksiyaları daxildir. Klinikamızdakı müalicənin effektivliyini artıran digər məqam isə pasiyent evə buraxıldıqdan sonra tərəfimizdən intensiv ambulator müşahidənin aparılmasıdır".
Bəli, narkomaniya xəstəlikdir, bəladır. Öz iradəsi və ya istəmədən bu yolun yolçusu olanları cəmiyyətdən təcrid edərək onları daha da məhvə sürükləməkdənsə bu bataqlıqdan çıxış yollarını axtarmağa, tapmağa, onları "ağ ölüm"dən xilas etməyə çalışmalıyıq. Tibb sürətlə inkişaf edən bir sahədir. Mütləq ki, narkotik istifadəçilərinin bu zəhərdən xilas olması üçün yeni-yeni müalicə üsulları, proqramlar öyrənilir, yaradılır. Ailənin, ətrafdakı insanların təsirinin əhəmiyyətini nəzərə alaraq, həkimin də dediyi kimi, həmin şəxslərin xəstələrə dəstəyi də müalicə əsnasında vacib rol oynayır.
Bu da onu göstərir ki, bu bəlanın öhdəsindən yalnız birlikdə, cəmiyyət olaraq gəlmək mümkündür.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!