10 Dekabr 2025 09:05
123
CƏMİYYƏT
A- A+
ADAU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

ADAU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb. 

Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir.

Açılış tədbirində çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov bu qəbildən olan mərkəzlərin məhz universitet mühitində fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirib ki, İRİA universitetlərdə innovativ sahibkarlıq təfəkkürünün inkişafına dəstək göstərmək məqsədi daşıyır. Bu baxımdan yaradılan innovasiya mərkəzləri dövlət-universitet-biznes əməkdaşlıq modelini gücləndirir və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir.

Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış edərək yeni yaradılan mərkəzin gənclərə və startapçılara mühüm faydaları olacağını diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə bildirib ki, universitetlərlə birgə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış da bu mərkəzin fəaliyyətinin tərkib hissəsi olacaq.

ADAU-nun tərkibində yaradılan Azərbaycan İnnovasiya Mərkəzi aparat təminatı və tədqiqatlar üçün texniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcək şəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı, burada toplantı, təqdimatlar, öyrənmə və təlim məqsədləri üçün şərait yaradılıb.


S.YUNİSOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib  

09:52
10 Dekabr

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib  

09:50
10 Dekabr

Çempionlar Liqası: "Qarabağ" "Ayaks"la qarşılaşacaq  

09:48
10 Dekabr

Balıq ətri, kulinariya şousu və su macərası

09:10
10 Dekabr

ADAU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

09:05
10 Dekabr

Göygöl melioratorları növbəti mövsümə hazırlaşırlar

09:00
10 Dekabr

Artıq "Sona bülbül" fəryad çəkmir, aşiq də "Neyçün gəlməz" deyib ah-nalə etmir

08:55
10 Dekabr

"Polşa Azərbaycan rəssamlarının gözü ilə" Gəncədə sərgiləndi

08:50
10 Dekabr

Ombudsman təsisatlarının müstəqilliyinin institusional əsasları

08:45
10 Dekabr

Türk dövlətləri əmək və sosial sahədə də birgə addımlar atacaqlar

08:40
10 Dekabr

Qlobal nüfuzun təzahürü

08:35
10 Dekabr

Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları bütün tərəflərə uğur gətirir

08:30
10 Dekabr

Orta dəhlizdə strateji hədəflərə çatmaq üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq genişlənir

08:25
10 Dekabr

İlham Əliyev diplomatiyasının daha bir uğuru

08:20
10 Dekabr

Əbədiyaşar Lider

08:15
10 Dekabr

Müasir Azərbaycanın xilaskarı və qurucusu 

08:10
10 Dekabr

Büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub

08:05
10 Dekabr

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Milli Məclisin plenar iclasında çıxışı

08:00
10 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

03:23
10 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 iyul tarixli 287 nömrəli və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydalarının və qeydiyyatın qüvvədəolma müddəti”nin və “Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısı”nın təsdiq edilməsi barədə” 2024-cü il 13 mart tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

03:21
10 Dekabr

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsi haqqında

03:19
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!