30 Yanvar 2024 11:50
5967
Təhsil
A- A+
ADA Universitetinin Qazax Mərkəzində Firudin bəy Köçərli adına “I Regional Pedaqoji İnnovasiyalar Forumu” keçirilib

ADA Universitetinin Qazax Mərkəzində Firudin bəy Köçərli adına “I Regional Pedaqoji İnnovasiyalar Forumu” keçirilib

 

Qazax Müəllimlər Seminariyası/ADA Universitetinin Qazax Mərkəzində görkəmli maarifçi Firudin bəy Köçərlinin 160 illik yubileyi münasibətilə “I Regional Pedaqoji İnnovasiyalar Forumu” keçirilib. Təhsil fədaisi olan Firudin bəy Köçərlinin izi ilə gedən ADA Universiteti görkəmli maarifçinin yubileyi ərəfəsində bu forumu təşkil etməklə həm tarixi şəxsiyyətə minnətdarlığını bir daha ifadə edib, həm də onun tarixi missiyasına olan bağlılığını nümayiş etdirib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, forum Qazax Müəllimlər Seminariyasında tarixi ənənəyə sadiq qalmaqla, maarifçilik hərəkatının varisliyini təmin edərək təhsil sisteminin modernləşdirilməsinə və keyfiyyətinin artırılmasına xidmət etməyi qarşısına məqsəd qoyub.

Tədbir ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdalın açılış nitqi ilə öz işinə başlayıb.

Vəfa Kazdal qeyd edib ki, forumda regionları təmsil edən müəllimlər ADA Universitetinin müəllimləri ilə birgə təhsildə tətbiqi mümkün olan innovativ yanaşmalardan bəhs edəcəklər. Forumun “seminarist”lərin fikir mübadiləsi məkanı olduğunu bildirən prorektor əlavə edib ki, bu tədbir regional müəllim və direktorlar icmasını qurmaq, əməkdaşlıq və təcrübə paylaşmaq mədəniyyətini gücləndirmək və beləliklə, təhsilin inkşafına töhfə vermək məqsədi daşıyır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov forum iştirakçılarını salamlayıb, öz peşələri vasitəsilə şəxsiyyət yetişdirən müəllimləri daim inkişaf etməyə, öz üzərlərində işləməyə səsləyib.

Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd müəllim peşəsinin atributlarından söhbət açıb. O, cəmiyyət tərəfindən müəllimə qoyulan hörmətin bu peşəyə olan dəyəri əks etdirməsindən və ADA Universitetinin yeni nəsil maarifpərvərlər yetişdirərək və yeni layihələr irəli sürərək “müəllim” adını daha da yüksəyə qaldırmasından bəhs edib. Qalib Məmməd bildirib ki, ADA Universiteti bu yolda tarixə nəzər salır, əməli ilə tarixə imzasını atan müəllimləri yad edir.

Forum ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılovanın “Müasir pedaqoji yanaşmalar” mövzusunda çıxışı ilə davam edib.

Müxtəlif təhsil müəssisələrində çalışan, ADA Universitetinin təqdim etdiyi proqramların tələbələri və məzunları - Elza İsgəndərli, Söylü Xəlilova, Vəli Əliyev, Tünzalə Hüseynova və Aytəkin Əliyeva pedaqoji ideyalarını təqdim ediblər. Təqdimatlar təlim-tədris prosesində tətbiq ediləcək müasir pedaqoji yanaşmalar, rəqəmsal innovasiyalar, azərbaycançılıq və vətəndaşlıq mövqeyinin təhsildəki rolu kimi əhəmiyyətli mövzuları əhatə edib.

Daha sonra şagirdyönümlü tədrisin təşkilində ADA Universitetinin müəllimləri öz təcrübələrini region müəllimləri ilə bölüşüblər.

ADA Universitetində mədəniyyət üzrə menecer Afət Muradova gənc nəsil arasında milli kimliyin dərk edilməsinə yönəlmiş təhsil proqramı barədə təqdimatla çıxış edib.

“Sokratik sinif mühitinin yaradılması” mövzusunda məruzə isə ADA Universitetinin baş müəllimi Günel Kərimova tərəfindən təqdim olunub.

Sonda ADA Universitetinin baş müəllimi Lalə Məmmədova layihəəsaslı öyrənmənin şagird və tələbələri necə motivasiya etdiyini diqqətə çatdırıb.

Forumda, həmçinin ADA Universiteti Qazax Mərkəzinin Məzunlar Assosiasiyasının nümunəsində məzunlarla işin təşkili müzakirə olunub.

ADA Universiteti Qazax Mərkəzinin Məzunlar Assosiasiyasının sədri Aynurə Səfərova təşkilatın illik fəaliyyət planı barədə məlumat verib.

Daha sonra ADA Universiteti Qazax Mərkəzinin baş məsləhətçisi Ziya Mirzəyev tərəfindən Məzunlar Assosiasiyasının 13 regional koordinatoru elan olunub.

Forumun sonunda Aynurə Mustafayevanın “Dəyərlər” adlı rəsm sərgisinin açılışı olub. Milli-mənəvi dəyərlərimizi əks etdirən rəsm əsərlərinin nümayiş olunduğu sərgi fevralın 2-də başa çatacaq.

Qeyd edək ki, hər il keçirilməsi planlaşdırılan forum öz fəaliyyəti ilə təhsildə liderlik, keyfiyyətin təminatı, qiymətləndirmənin təşkili, planlaşdırma, distant, inklüziv və xüsusi təhsil idarəçiliyi, peşə təhsili və bu sahələrin gələcək inkişafı üçün töhfələr verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!