ABŞ-da müxtəlif ünvanlara bomba göndərən şəxs bəlli oldu
ABŞ Prezidenti Donald Tramp müxtəlif ünvanlara bomba göndərməkdə şübhəli bilinən şəxsin polis tərəfindən tutulduğunu təsdiq etmişdir. O, Twitterdə Federal Təhqiqatlat Bürosuna, Ədliyyə Nazirliyinə və Nyu York polisinə "çox gözəl işə görə” minnətdarlıq etmişdir. Siyasətçi vəd etmişdir ki, partlayıcı qurğuların göndərilməsində əli olanların hamısı qanun qarşısında cavab verəcək. "Biz ABŞ-da siyasi zorakılığın kök atmasına imkan verməməliyik” deyə Tramp vurğulamışdır.
Bu arada "NBC News” telekanalı həbs olunmuş amerikalının şəxsiyyətini açıqlamışdır. Bu, 56 yaşlı Sezar Seyokdur (kiçik). Onu barmaq izləri və DNT analizi köməyi ilə tapmaq mümkün olmuşdur. Respublikaçılar Partiyasının üzvü olan Seyok dəfələrlə məhkum olunmuşdur.
Xatırladaq ki, son günlər Prezident Trampın tənqidçilərinə və siyasətçi demokratlara naməlum şəxslər tərəfindən şübhəli bağlamalar göndərilmişdir. Bağlamalar eks-prezidentlər Bill Klinton və Barak Obama, sabiq vitse-prezident Co Bayden, Hollivud aktyoru Robert de Niro, milyarder Corc Soros və digərlərinə ünvanlanmışdır. Klinton və Obamanın bağlamalarında əldəqayırma bomba aşkar edilmişdir.
Sezar Seyoku 58 ilədək həbs cəzası gözləyir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır
29 Aprel
Türkiyə səhm bazarı tarixi maksimuma yüksəlib
29 Aprel
Oğuz sakininin kreativ əl işi - dağ ətəyində kiçik “ayı mağarası” - FOTO
29 Aprel
Rusiyalılar may bayramlarında əsasən Türkiyə və Azərbaycana səfər edəcəklər
29 Aprel
Fövqəladə hallar zamanı Azərbaycan və Türkiyənin müvafiq qurumlarının aviasiya qüvvələrinin birgə fə...
29 Aprel
COP25-in vitse-prezidenti: Qarabağ və Şərqi Zəngəzur xalis sıfır emissiya zonasına çevrilə bilər – M...
29 Aprel
İtaliya portalı: Azərbaycan Avropanın qaz bazarını fəth edir
29 Aprel
Keniyada bəndin dağılması nəticəsində 42 nəfər həyatını itirib
29 Aprel
Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans...
29 Aprel
Geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!