ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş məktub kampaniyasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, məktubda Qara Yanvar faciəsinin səbəbləri, M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı insanlığa zidd hərbi cinayət törətməsi, Bakı faciəsinin Budapeşt (1956) və Praqa (1968) hadisələrini xatırlatdığı barədə ətraflı məlumat verilib.
USAN xatırladıb ki, məhz həmin ağır və mürəkkəb dönəmdə soydaşlarımız bir araya gələrək ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxıblar. Şəbəkə 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ABŞ-da və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları fəal olmağa, faciəyə aid fotoları, materialları və məktubları bu link vasitəsilə vəzifəli şəxslərə və yerli mətbuata ünvanlamağa çağırıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
Qızılhacılılı şəhid ailələrinin sevinci ikiqatdır
28 Aprel
Bakının təklif etdiyi birbaşa dialoq ən düzgün formatdır
28 Aprel
Delimitasiya davam edir
28 Aprel
İlham Əliyevin mesajlarından Ermənistan və havadarları nəticə çıxarmalıdırlar
28 Aprel
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir
28 Aprel
Qlobal liderdən həmrəylik çağırışı
28 Aprel
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!