İlham Əliyevin mesajlarından Ermənistan və havadarları nəticə çıxarmalıdırlar
"Prezident İlham Əliyev aprelin 26-da Almaniyaya işgüzar səfərində bir çox mövzu barədə ətraflı və dərinməzmunlu çıxış edib. Dövlət başçısı Azərbaycan-Almaniya münasibətləri, COP29, Ermənistanla delimitasiya və demarkasiya prosesinin gedişatı, ölkəmizin enerji təminatçısı kimi əvəzedilməz rolu, insan haqları və mətbuat azadlığı kimi bir çox məsələ barədə məlumat verib. Prezidentin dünya siyasətində öz yeri olan Almaniyaya səfəri və oradan ötürdüyü mesajlar xüsusi əhəmiyyət kəsb edir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Deputat qeyd edib ki, bu səfər Azərbaycanla Almaniya arasında münasibətlərin hazırda sürətli inkişaf dövrünü yaşadığını sübut edir: "Bu, görüş çərçivəsində ikitərəfli münasibətlərin və regional təhlükəsizlik məsələlərinin sağlam şəkildə müzakirəsindən də aydın olur. Almaniya ilə münasibətlərimizin bu mərhələsi ölkəmizin bütövlükdə Avropa üçün əhəmiyyətli tərəfdaş olduğunu təsdiq edir. Dövlətimizin başçısı Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan Prezidentinin Berlin səfərini və oradan ötürdüyü mesajları həm də regionumuzun təhlükəsizliyinə növbəti töhfə kimi də dəyərləndirmək olar".
Deputat Prezidentin çıxışında xüsusi toxunduğu digər məqamlara da diqqət çəkib: "Azərbaycanın belə böyük tədbirə ev sahibi seçilməsi Azərbaycanın "yaşıl gündəliy"ini dünyaya bir daha nümayiş etdirir. Bu həm də dövlətimizə, xüsusilə də Prezident İlham Əliyevə dünyada göstərilən etimadın bariz nümunəsidir. Ölkəmizin bu tərəqqisinə görə dövlət başçısına minnətdarıq".
Cavanşir Paşazadənin sözlərinə görə, Azərbaycanda həm sülhün təminatı, həm iqtisadi inkişafa nail olunması, həm də digər ölkələrlə münasibətlərin yaxşılaşdırılması istiqamətində görülən bütün işlər təqdirəlayiqdir: "Həyata keçirilən tədbirlər Azərbaycanın gələcəyi barədə nikbin danışmağa bizə haqq qazandırır. Təbii qaz təchizatçısı olan Azərbaycan yaxın gələcəkdə Avropanın "yaşıl enerji" təchizatçısına da çevriləcək. Eyni zamanda regionda sülh tam bərqərar olacaq, Ermənistanla delimitasiya və demarkasiya prosesi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçiriləcək və keçmiş məcburi köçkünlərimizin doğma dədə-baba yurdlarına qayıdışı prosesi yekunlaşacaq".
Deputat yekunda vurğulayıb ki, İlham Əliyevin toxunduğu və mühüm mesajlar verdiyi mövzular ətrafında bir sıra qüvvələr, xüsusilə də Ermənistan hökuməti dərindən düşünməlidir. Berlindəki mesajlardan bir daha aydın oldu ki, Azərbaycanı davam etdiyi haqq yolundan heç bir qüvvə döndərə bilməz.
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb
11 May
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNƏCƏK
11 May
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb
11 May
İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib ...
11 May
Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq ...
11 May
Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik
11 May
Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizd...
11 May
Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır ...
11 May
Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək ...
11 May
Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq ...
11 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!