03 Fevral 2026 09:30
588
DÜNYA
A- A+
ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar təxirə salındı

ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar təxirə salındı


Əbu-Dabidə növbəti üçtərəfli görüş fevralın 4-5-də keçiriləcək


Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Kiyev, Moskva və Vaşinqton arasında üçtərəfli görüşlərin növbəti mərhələsi çərşənbə və cümə axşamı keçiriləcək. Prezident Volodimir Zelenski Ukraynanın substantiv müzakirələrə hazır olduğunu bildirib.

Ukrayna Prezidenti açıqlayıb ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymaq üçün Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar fevralın 4-5-də planlaşdırıldığı kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək. Xatırladaq ki,  görüşlər  fevralın 1-də nəzərdə tutulurdu. Lakin V.Zelenski sosial media platforması "X"-də yazıb: "Növbəti üçtərəfli görüşlərin tarixləri təsdiqlənib: 4 və 5 fevral - Əbu-Dabidə. Ukrayna substantiv müzakirələrə hazırdır". V.Zelenski ümid edir ki, danışıqların nəticəsi "bizi müharibənin real və ləyaqətli sonluğuna yaxınlaşdıracaq".

Rusiyanın TASS Agentliyi xəbər verir ki, danışıqların təxirə salınmasının səbəbi məlum deyil. "The New York Times" qəzeti isə yazır ki, "Ukraynada sülh danışıqları ötən ayın son günündə Mayamidə keçirilmiş Rusiya-Amerika görüşündən sonra təxirə salınıb".  Yanvarın 31-də Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Floridada ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Xəzinədarlıq katibi Skott Bessent, Ağ Evin baş müşaviri Coş Qrünbaum və sahibkar Cared Kuşner ilə danışıqlar aparıb. Amerika nümayəndə heyəti ilə danışıqlardan sonra o bildirib ki, görüş zamanı Rusiya-Ukrayna münaqişəsinin həlli, həm də ABŞ ilə iqtisadi əməkdaşlığı müzakirə ediblər. Kreml rəsmisinin sözlərinə görə, Mayamidə prezidentin xüsusi elçisi Kirill Dmitriyevlə ABŞ rəsmiləri arasında danışıqlar konstruktiv və müsbət keçib. "Heç bir detal olmayacaq. K.Dmitriyev və S.Uitkoff tərəfindən aparılan qiymətləndirmələr, ümumiyyətlə, hər iki tərəf üçün konseptual idi. Ümumilikdə, bunlar olduqca müsbət və konstruktiv söhbətlər idi", - deyə V.Putinin  mətbuat katibi Dmitri Peskov danışıqların təfərrüatları və qiymətləndirilməsi ilə bağlı suala cavab olaraq bildirib. Öz növbəsində Stiv Uitkoff "X" sosial media saytında görüşdən ruhlandığını qeyd edərək yazıb ki, "Rusiya Ukraynada sülhün bərqərar olması üçün çalışır". 

Xatırladaq ki, ötən həftəsonu - yanvarın 23-24-də Moskva və Kiyev nümayəndələri ABŞ-nin təklif etdiyi kimi, döyüşlərə son qoymaq planı ilə bağlı ilk dəfə Əbu-Dabidə birbaşa danışıqlar aparıblar. Tərəflər bazar günü müzakirələri davam etdirmək barədə razılığa gəlsələr də, sonradan görüşün vaxtı dəyişdirilib. 

Danışıq dairələrindəki mənbələrə görə, tərəflər artıq bir neçə məsələdə razılığa gəliblər. Lakin əsas məsələ ilə bağlı hələlik razılıq əldə olunmayıb - Rusiya Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını istəyir, Kiyev isə bu tələbi rədd edir.

Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp da tərəflərin Ukraynada sülh razılaşmasına mümkün qədər yaxınlaşdığını bildirib. O, qarşıdan gələn danışıqların şanslı olacağına ümid etdiyini açıqlayıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!