ABŞ mətbuatında ermənilərin Azərbaycan səfirliklərinə hücumlarından bəhs edilib
ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Ermənilər Azərbaycan səfirliklərinə hücum ediblər” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi, həmçinin baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə cari ilin sentyabr ayında 40-50 erməni radikalından ibarət qrupun Azərbaycanın Fransadakı səfirliyinə basqın edərək, qarşısındakı dəmir baryerləri aşırması barədə məlumat verilib.
“Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasına istinad edən müəllif xarici dövlətin diplomatik nümayəndəliyini qəbul edən dövlətin onun əmlakını müdaxilədən və zədələnmədən mühafizə etmək, habelə nümayəndəliyin təmsil etdiyi dövlətin ləyaqətini qorumaq üçün bütün zəruri tədbirləri görmək öhdəliyinə diqqət çəkib. İsrailli politoloq baş vermiş insident zamanı Fransa polisinin nəinki Azərbaycanın bu ölkədəki səfirliyini qorumadığını, hətta zorakılıq baş verən zaman müdaxilə belə etmədiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, analoji hücumlar daha əvvəl ABŞ və Livan erməniləri tərəfindən Azərbaycanın adı çəkilən ölkələrdəki səfirliklərinə də edilib, habelə Gürcüstandakı səfirliyimizə edilən basqın cəhdinin qarşısı polisin vaxtında müdaxiləsi ilə alınıb. Baş verənləri sözügedən ölkələrdə polis səhlənkarlığı kimi dəyərləndirən müəllif bunu Azərbaycanla soyuq münasibətləri olan digər ölkələr üçün mənfi presedent kimi səciyyələndirib.
Qeyd edib ki, Fransa və Yunanıstan kimi dövlətlərin Ermənistanın mövqeyinə aşkar surətdə güclü dəstək verməsi bu ölkələrdə yaşayan ermənilərə Azərbaycan diplomatlarına qarşı qanunsuz hərəkətlər etmək imkanı yaradır. İsrailli politoloq Azərbaycanla sıx əlaqələri olan İngiltərə, Türkiyə və İsraildə ermənilərin analoji şəkildə davranmaq imkanlarının məhdud olduğunu vurğulayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17 milyon mana...
04 Dekabr
Bu ilin on ayında Rusiyadan Türkiyəyə turist axını 26 faiz artıb
04 Dekabr
ÜST: İqlim dəyişmələri ilə bağlı səbəblər ucbatından hər il 250 min nəfər dünyasını dəyişəcək...
04 Dekabr
Nazir: Qızılca ilə bağlı hazırkı rəqəmlər pandemiya təhlükəsinin olmadığını göstərir...
04 Dekabr
Zəlzələ ilə bağlı Türkiyənin bütün əlaqədar qurumları səfərbər edilib
04 Dekabr
Mərmərə dənizində zəlzələ olub
04 Dekabr
Bakıda Cənubi Qafqazda mina probleminə həsr olunmuş dəyirmi masa keçirilir
04 Dekabr
Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib...
04 Dekabr
Rəsədxana: Geomaqnit qasırğası gözlənilir
04 Dekabr
Monitorinq Mərkəzinin rəsmisi: Saytlarda 1371 orfoqrafik səhv qeydə alınıb
04 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!