14 Avqust 2024 08:25
624
SİYASƏT
A- A+
ABŞ indi də Ermənistanı "ağ gün"ə çıxarmağa çalışır

ABŞ indi də Ermənistanı "ağ gün"ə çıxarmağa çalışır

 

Qərb məkrli planını yenə işə salıb

 

Həm Ermənistan, həm də havadarları sözdə sülhdən danışsalar da, əməldə hər birinin fəaliyyəti və məqsədi bəllidir: Cənubi Qafqaza əmin-amanlıq, sabitlik, sülh gəlməsin!
Ermənistan əməli addımları ilə - Azərbaycanla şərti sərhəddə zaman-zaman təxribatlara cəhd etməklə və ya törətməklə bunu aydın göstərir. Eyni zamanda onun havadarlarının da fəaliyyətində bu elementləri görmək mümkündür. ABŞ-nin müxtəlif rəsmi şəxsləri tez-tez Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının, sülh sazişinin bağlanmasının tərəfdarı olduqlarını səsləndirsələr də, təcavüzkar, işğalçı dövlətə silah daşımaqla əsl üzlərini göstərirlər.  
2020-ci ildə məğlub olan, ordusu Azərbaycan tərəfindən darmadağın edilən Ermənistanın onsuz da yeni müharibəyə nə maddi gücü, nə də digər imkanları var. Bununla belə regiondan öz məkrli məqsədləri üçün istifadə etmək istəyən bəlli dairələr Ermənistanı hansı yolla olursa-olsun, Azərbaycana qarşı təxribatlara təhrik edərək onun sonunu yaxınlaşdırırlar. Bir müddət əvvəl ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistana Amerika istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika, həmçinin xüsusi təyinatlılar üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçikölçülü minalar və digər döyüş sursatları gətirilməsi də deyilənlərin bariz nümunəsidir. Bununla yanaşı, ABŞ öz hərbçilərini də Ermənistana kömək üçün göndərib. Onlar Ermənistan silahlı qüvvələrinin forması ilə təchiz edilib və Zəngəzurda hərbi bazada yerləşdirilib.
ABŞ-nin Rusiya ilə olan gərgin münasibətlərini bu dəfə də Cənubi Qafqaza daşımağa çalışdığını deyən hərbi ekspert Ədalət Verdiyev qəzetimizə açıqlamasında bildirib ki, Ermənistanın silahlandırılması paralel olaraq həm Azərbaycana, həm də Rusiyaya qarşı atılmış addımlardır. 
Ekspert qeyd edib ki, Yaxın Şərq ölkələrini, Ukraynanı, Gürcüstanı "xoşbəxt" edən ABŞ indi də Ermənistanı "ağ gün"ə çıxarmağa çalışır. "Ermənistan sözdə sülhdən danışır, lakin əməldə sülhün əldə edilməsi üçün bu ölkənin hakimiyyəti tərəfindən heç bir addım atılmır. Əksinə, Ermənistan ABŞ, Fransa və Hindistandan hücum silahları alır, Azərbaycana qarşı zaman-zaman təxribatlardan çəkinmir və tarixi Azərbaycan torpaqları olan Zəngəzurda ABŞ bazasının elementlərini yerləşdirir". Ə.Verdiyev vurğulayıb ki, havadarları tərəfindən silahlandırılan Ermənistan təxribatlardan əl çəkməli, hücum silahlarını Azərbaycan sərhədlərinə yaxınlaşdırmamalıdır. Azərbaycana qarşı törədilən təxribatlar Ermənistana yalnız və yalnız böyük acılar vəd edir. Ermənistan törətdiyi təxribatlardan heç vaxt müsbət nəticə ilə ayrılmayıb. Bütün təxribatların sonu Ermənistana texnika, avadanlıq, vasitə, şəxsi heyət, hətta böyük ərazi itkiləri ilə tamamlanıb. Gələcəkdə də bu proses eyni tempdə davam edəcək. İstənilən düşmən təxribatına mütləq şəkildə kəskin cavab veriləcək.  Ə.Verdiyev qeyd edib ki, əgər ABŞ və ya Fransanın verdiyi silahlardan açılan atəşlə bir Azərbaycan əsgəri xəsarət alarsa, o zaman Ermənistan çox dərin təəssüf hissi keçirəcək və bunun cavabını layiqincə alacaq.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!