13 Mart 2024 21:06
732
DÜNYA
A- A+
ABŞ-da prezident seçkiləri necə keçirilir

ABŞ-da prezident seçkiləri necə keçirilir

Amerikalılar növbəti prezidenti seçmək üçün 2024-cü ilin noyabrında seçki məntəqələrinə gedəcəklər.

ABŞ-da prezident seçkisi əksər ölkələrin üstünlük verdiyi ümumi seçkilərdən fərqlidir və bir sıra mürəkkəb nüansları var. Bunu nəzərə alaraq, AZƏRTAC oxucularına Amerikadakı seçki sistemi barədə məlumat verir.

Mövzuya keçməzdən əvvəl qeyd edək ki, Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək.

Prezident seçkilərində hansı siyasi qüvvələr iştirak edir?

Bu gün ABŞ-ın siyasi sistemində yalnız iki partiya üstünlük təşkil edir ki, seçiləcək prezident də çox böyük ehtimalla onlardan birinin namizədi olacaq.

Demokratlar Partiyası liberal siyasi qüvvələri təmsil edir. Onların gündəliyinə əsasən vətəndaş hüquqlarına təkan vermək, geniş sosial təhlükəsizlik şəbəkəsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri daxildir. İkinci müddətə seçilmək istəyən çalışan hazırkı prezident Cozef Baydenin həmin partiyanı təmsil edir.

Respublikaçılar Partiyası isə mühafizəkar siyasi qüvvə olub GOP (Grand Old Party - Böyük Köhnə Partiya) kimi də tanınır. Respublikaçılar immiqrasiya ilə bağlı daha sərt məhdudiyyətlərin və vergilərin azaldılmasının tərəfdarlarıdır. Partiya prezidentliyə namizədini hələ rəsmən seçməyib, lakin sabiq prezident Donald Tramp namizədlik uğrunda yarışda tək qalıb.

Prezidentliyə namizədlər necə irəli sürülür?

Hazırda ABŞ-da 2024-cü il prezident seçkiləri kampaniyası davam edir. Kampaniyaya doqquz respublikaçı, dörd demokrat və iki müstəqil namizəd qatılsa da, onların böyük əksəriyyəti yarışdan çəkilib.

İki əsas partiya bəzi ştatlarda praymerizlər və toplantılar keçirib. Ən böyük partiyadaxili səsvermə isə martın 5-də 10-dan çox ştatda keçirilən “Super çərşənbə axşamı” olub.

İlin əvvəlində yenidən seçilmək niyyətini açıqlayan hazırkı Prezident Cozef Baydenin bəzi maneələrə baxmayaraq, Demokrat Partiyasından namizədliyi asanlıqla qazanacağı gözlənilir. Respublikaçılar Partiyasında isə sabiq prezident Donald Tramp sonuncu rəqibi, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heylinin geri çəkilməsindən sonra yeganə namizəd olub. Birləşmiş Ştatların sabiq prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi isə prezident seçkilərində müstəqil namizəd kimi mübarizə aparacaq.

ABŞ prezidentini kimlər və necə seçir?

Hər iki namizəd seçki kollegiyasının səslərini qazanmaq üçün mübarizə aparır. Hər bir ştatda əhalinin sayına görə müəyyən miqdarda kollegiya üzvləri var. Namizədlər seçkidə qələbə qazanmaq üçün 538 kollegiya üzvünün an azı 270-nin səsini toplamalıdır.

Noyabrın 5-də prezidentdən başqa daha kimlər seçiləcək?

Bütün diqqətlər prezident seçkilərində kimin qalib gəldiyinə yönələcək, lakin seçicilər eyni zamanda Konqresin yeni üzvlərini - hökumətin qanunverici orqanını da seçəcəklər. Nümayəndələr Palatasındakı 435 yerin hamısının, Senatda isə 33 yerin sahibi noyabrın 5-də keçiriləcək seçkilərdə bəlli olacaq. Hazırda respublikaçılar Nümayəndələr Palatasına, demokratlar isə Senata nəzarət edirlər.

Seçkidə kimin qalib gəldiyi nə vaxt məlum olur?

Adətən qalib seçki gecəsi elan edilir, lakin istisna hal kimi 2020-ci ildə prezident seçkilərində bütün səslərin hesablanması bir neçə gün çəkib.

Dövlət başçısı dəyişdiyi halda, seçkidən sonrakı dövr prezident administrasiyasının yeni üzvlərinin formalaşdırıldığı və planlarının hazırlandığı “keçid dövrü” kimi tanınır.

Prezident yanvar ayında Vaşinqtondakı Kapitoli binasında keçirilən andiçmə mərasimində rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib VİDEO  

13:05
18 Dekabr

On bir ayda əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib  

12:21
18 Dekabr

Prezident: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir  

12:16
18 Dekabr

ABŞ Prezidenti: İndi biz dünyanın ən güclü ordusuna malikik  

11:55
18 Dekabr

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə  

11:27
18 Dekabr

Xankəndidə oftalmoloji aksiya keçirilir  

11:26
18 Dekabr

Ali Məhkəmə: Faizdən faiz tutulması qanunaziddir  

11:21
18 Dekabr

Anar Əliyev: Əmək müqavilələrinin 1,8 milyondan çoxu elektron formada bağlanılıb  

11:17
18 Dekabr

Bakıda ilk dəfə “ağıllı işıqforlar” quraşdırılıb  

10:53
18 Dekabr

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:47
18 Dekabr

Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

10:43
18 Dekabr

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!