22 Dekabr 2025 16:10
137
CƏMİYYƏT
A- A+
ABŞ Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

ABŞ Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır  


Səhiyyə Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirilib.

Görüş zamanı səhiyyə naziri Teymur Musayev Vaşinqtonda imzalanmış Azərbaycan və ABŞ hökumətlərarası Anlaşma Memorandumunun ikitərəfli tərəfdaşlığın yeni strateji mərhələsinin təməlini qoyduğunu bildirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu bildirilib. Nazir səhiyyə sisteminin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayaraq, bu sahədə ölkələrimiz arasında əməkdaşlığın qurulmasının əhəmiyyətini qeyd edib. Eyni zamanda, tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.

Həmçinin Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin yaradılması sahəsində aparılan işlər barədə məlumat verilib və gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Emi Karlon Prezident İlham Əliyevin tarixi səfərinin və səfər zamanı Azərbaycan və ABŞ hökumətləri arasında imzalanan Anlaşma Memorandumunun mahiyyətini xüsusi olaraq vurğulayıb.

O, Azərbaycanda şəhid ailələri və müharibə veteranlarına göstərilən qayğını yüksək qiymətləndirərək, təmsil etdiyi ölkənin bu sahədə dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb, ABŞ-ın Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əli Əsədov: Türkiyədə 3 min Azərbaycan şirkəti fəal iş aparır  

17:33
22 Dekabr

Baş nazir: Azərbaycan ilə Türkiyəni dərin tarixi köklər üzərində qurulmuş qardaşlıq münasibətləri birləşdirir  

17:23
22 Dekabr

Bitkoin alan britaniyalı şirkətlər 80 milyon funt sterlinq zərər edib  

17:17
22 Dekabr

Azərbaycanın Baş naziri: Ötən il Ankarada imzalanmış Fəaliyyət Planı 78 faiz icra edilib  

17:13
22 Dekabr

FIFA reytinqi: Azərbaycan ili 127-ci pillədə başa vurub

17:12
22 Dekabr

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Türkiyə üçün strateji əhəmiyyət kəsb edir  

17:11
22 Dekabr

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər  

17:10
22 Dekabr

Ədliyyə Nazirliyinin Probasiya xidmətində Amnistiya aktının icrasına başlanılıb  

17:09
22 Dekabr

Amnistiya aktının Ədliyyə Nazirliyində icrası həyata keçirilir  

17:08
22 Dekabr

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən  

16:48
22 Dekabr

Qazaxda Yusif Səmədoğlunun “Simurq quşu” tamaşası nümayiş etdirilmişdir  

16:31
22 Dekabr

Şair-publisist Nüsrət Kəsəmənlinin 80 illik yubileyi qeyd olunub

16:29
22 Dekabr

Cevdet Yılmaz: Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyət planını yeniləyəcəyik  

16:24
22 Dekabr

Şəhərsalma və memarlıq siyasətində strateji dönüş ili  

16:22
22 Dekabr

İmişlidə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

16:12
22 Dekabr

ABŞ Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

16:10
22 Dekabr

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan  

16:07
22 Dekabr

Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı paylaşım edib

16:04
22 Dekabr

Dünya bazarlarında qızılın qiyməti yenidən tarixi maksimuma yüksəlib  

16:03
22 Dekabr

Türkiyənin İğdır şəhərində Ankaranı Ermənistanla sərhədin açılmasını Metsamor AES-in bağlanması ilə əlaqələndirməyə çağırırlar  

15:46
22 Dekabr

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovdan

15:45
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!