Abituriyentlərin BANM-ə marağı rekord həddə çatıb
ARDNŞ-nin Bakı Ali Neft Məktəbinə (BANM) qəbul kampaniyasının göstəriciləri bu təhsil ocağının test imtahanlarında yüksək bal toplamış abituriyentlərin diqqət mərkəzində olduğunu bir daha sübut etdi.
BANM-in qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq neft-qaz mühəndisliyi ixtisası üzrə dövlət sifarişli yerlərə 648, ödənişli yerlərə 637, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 650, kimya mühəndisliyi ixtisası üzrə 634 bal olub. İxtisaslar üzrə orta ballar uyğun olaraq 661, 669 və 646, ümumiyyətlə, ali məktəb üzrə 656 bal təşkil edib. Keçən il isə bu rəqəm 631 bal idi.
Ali məktəbə qəbul olanların 50 faizi 650-dən çox bal toplamış abituriyentlərdir. Onlardan 48-i Azərbaycan, 12-si rus bölməsində təhsil alanlardır.
Neft-qaz mühəndisliyi ixtisası üzrə maksimal göstərici 685, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 690, kimya mühəndisliyi ixtisası üzrə isə 695 bal olub.
I qrup ixtisasları üzrə qəbulda test imtahanlarında ən yüksək, yəni, 695 bal toplamış iki abituriyentdən biri- Sevinc Qafarlı BANM-i seçib və kimya mühəndisliyi ixtisasına qəbul edilib.
Bu göstəricilər ölkəmizdə həyata keçirilən neft strategiyasının perspektivlərinə olan inamı, istedadlı gənclərin mühəndislik ixtisaslarına marağını əks etdirir. Bunlar eyni zamanda, ARDNŞ-nin reallaşdırdığı layihələrin perspektivləri və BANM-in cəmiyyətdə nüfuzunun ildən-ilə artması ilə bağlıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə kon...
29 Aprel
Laçındakı xalçaçılıq mərkəzində ilk xalça - “Qasımuşağı” çeşnisi toxunub
29 Aprel
NATO-nun Baş katibi: Ukraynaya “Patriot” batareyaları verilməsi prioritet məsələdir
29 Aprel
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərəcək
29 Aprel
Dondurulmuş çörək faydalıdırmı?
29 Aprel
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!