01 Sentyabr 2024 08:00
2340
CƏMİYYƏT
A- A+
990 namizəd, 6 milyon 421 min 960 seçici, 6478 seçki məntəqəsi

990 namizəd, 6 milyon 421 min 960 seçici, 6478 seçki məntəqəsi

 

Növbədənkənar parlament seçkiləri kampaniyası özünün ən mühüm fazasına qədəm qoydu. Bu gün Azərbaycanın bütün bölgələrini əhatə edən 125 seçki dairəsində parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir. Seçkinin yekunlarına əsasən Azərbaycan Respublikasının yeddinci çağırış Milli Məclisi formalaşacaq.

 

Əsas hərəkət və tədbirlər vaxtında icra olunub

 

Xatırladaq ki, Prezident İlham Əliyevin iyunun 28-də imzaladığı sərəncamla  altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və sentyabrın 1-nə parlamentə növbədənkənar seçkilər təyin edilib. Ötən dövrdə Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planı üzrə Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər vaxtında icra olunub.  Həm namizədlərin qeydə alınması, həm də təşviqat dövründə hər hansı problem meydana çıxmayıb.
Bu gün seçki marafonunda 990 namizəd mübarizə aparır. Bu parlamentdə bir yer üçün təxminən 7 nəfərdən çox namizədin mübarizə aparması deməkdir. Namizədlərdən 676-sının siyasi mənsubiyyəti var.
Namizədlərin avqustun 9-dan başlayan seçkiqabağı təşviqatı avqustun 31-i səhər saat 8:00-da başa çatıb. Bu dövr ərzində namizədlər onlar üçün müəyyən edilmiş açıq və qapalı yerlərdə seçicilərlə görüşlər keçirərək təşviqatla məşğul olublar. Qeyd edək ki, növbədənkənar seçkilərdə təşviqat üçün 3469 açıq və 2037 qapalı yer müəyyən edilmişdi. 

 

Xarici müşahidəçilər 51 beynəlxalq qurumu və 69 ölkəni təmsil edirlər

 

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdırılıb və respublikamızda 6 milyon 421 min 960 nəfər seçici qeydə alınıb. Ən yaşlı qadın seçicinin 134,  ən yaşlı kişi seçicinin isə 109 yaşı var. Seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Onu da qeyd edək ki, seçicilər 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində səslərini verəcəklər. Hələ səsvermə günündən xeyli əvvəl bütün səsvermə məntəqələri lazımi avadanlıqlarla təchiz olunaraq tam hazır vəziyyətə gətirilib. Seçki məntəqələrindən 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Seçkiləri siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və qeydə alınmış namizədləri təmsil edən müşahidəçilər izləyəcəklər. Müşahidəçi qismində seçkilərdə iştirak etmək üçün akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 112 min 749 nəfərdir. Onlardan 65 minə yaxını 24 siyasi partiyanın müşahidəçiləridir.
Bundan başqa, Milli Məclisə seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər akkreditə olunub. Üç təşkilat isə "exit poll" üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Onlar təxminən 2500-dən artıq seçki məntəqəsində öz fəaliyyətlərini həyata keçirəcəklər.
Milli Məclisə seçkilərin gedişatını internetdən birbaşa izləmək mümkündür. Belə ki, ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini müşahidə edə bilərlər. 
Səsvermə 19:00-da başa çatacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə ilkin məlumatlar veriləcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

13:48
19 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

13:47
19 Aprel

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

13:46
19 Aprel

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin  

13:16
19 Aprel

Əfqanıstan - Pakistan sərhədində zəlzələ baş verib

12:10
19 Aprel

İlon Mask raket əleyhinə müdafiə sistemi yaradaraq icarəyə verməyə hazırlaşır  

12:09
19 Aprel

8000 mAh həcmli batareyaya malik ilk smartfon təqdim edilib  

11:52
19 Aprel

İsitmə sisteminə sahib “ağıllı” idman geyimləri hazırlanıb

11:51
19 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb  

11:49
19 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb  

11:48
19 Aprel

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

10:25
19 Aprel

Fransa Analitika Mərkəzinin rəhbəri: Ermənistanı dəstəkləməklə Makron uğursuzluğa sərmayə qoyur

10:20
19 Aprel

Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir  

10:19
19 Aprel

İğdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər  

10:15
19 Aprel

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib  

10:12
19 Aprel

İrəliləyiş olmasa, ABŞ sülh danışıqlarını tərk edəcək

09:55
19 Aprel

İctimai nəqliyyat sarıdan əziyyət çəkirik

09:50
19 Aprel

Tədbir görülməsi üçün tapşırıq verilmişdir

09:45
19 Aprel

Ərazinin tullantılardan təmizlənməsi nəzarətə götürülmüşdür

09:40
19 Aprel

Şikayətimizə baxan yoxdur

09:35
19 Aprel

Həyəcan təbili

09:30
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!