27 Aprel 2024 23:37
236
DÜNYA
A- A+

80 saata ev tikən printer təqdim edilib

 

ABŞ-də “Gələcəyin Fabriki” (“FoF 1.0”) adlanan dünyanın ən böyük polimer 3D printeri təqdim edilib. Bu nəhəng printerlə cəmi 80 saata kiçik bir ev tikmək mümkündür. “Maine” şirkəti tərəfindən hazırlanmış “FoF 1.0” üçün müxtəlif istifadə sahələri artıq gündəmdədir. Bunlardan birincisi, tikinti sənayesidir.
Məlumatlara görə, Maine şəhərinin 2030-cu ilə qədər 80 min evə ehtiyacı var və bu evlərin əksəriyyəti aztəminatlı ərazilər üçün nəzərdə tutulub. “MaineHousing”in direktoru Mark Uisendencer bildirib ki, onlar bu 3D printerlə xərcləri daha çox azaldacaqlar. Çünki printer, əsasən, təkrar emal edilə bilən materiallardan istifadə edir. “FoF 1.0” ilə birmərtəbəli evi 80 saata çap etmək, daha doğrusu tikmək mümkündür. Məsələn, belə bir evin tikintisi bir neçə ay və ya ən yaxşı halda bir neçə həftə çəkə bilsə də, bu printer layihəni dörd gündən az bir müddətdə tamamlaya bilər.
“FoF 1.0” ilə maraqlananlar arasında ABŞ Müdafiə Nazirliyi və Energetika Nazirliyi var. O, saatda təxminən 225 kq materialdan istifadə etməklə 30 metr uzunluğunda, 9.75 metr enində və 5.5 metr hündürlüyündə obyektləri çap edə bilir.
Printerin tətbiq sahələri tikinti sənayedən müdafiə sənayesinə qədər genişdir. Bunun səbəbi 3D printerin müxtəlif çap üsulları arasında dinamik keçid edə bilməsidir. Bu, onu körpü tikintisindən başlayaraq sualtı gəmilərdə və tikinti sənayesində istifadə etmək üçün faydalı bir cihaz edir.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video