Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir
Avropa qitəsində getdikcə artan islamofobiya, ksenofobiya və irqçilik orada yaşayan xalqımızın nümayəndələri və miqrantlar üçün ən böyük narahatlıq mənbələrindən biridir. Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Günü münasibətilə yayımladığı mesajında yer alıb.
Mesajında bölgədə baş verən qarşıdurmalara diqqət çəkən Türkiyə Prezidenti bildirib ki, Avropa və ümumi coğrafiyamıza təsir edən böhranlar, münaqişələr və müharibələr həll edilməməyə məhkum olduqca bu dəyərlərə qarşı şübhələr artmaqda davam edəcək. Mövcud geosiyasi konyunkturada Avropa İttifaqının (Aİ) geniş Avropa coğrafiyası və Aralıq dənizi hövzəsində əhatəli, əməkdaşlıq çərçivəsində və bərabərhüquqlu siyasət yürütməsi qitəmizin gələcəyi üçün həmişəkindən daha vacib hal alıb.
Genişlənmə siyasətinin gücləndiyi bu kritik məqamda Türkiyə ilə Aİ-nin münasibətlərinin əsasını təşkil edən üzvlük danışıqları da daxil olmaqla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyin və onları daha möhkəm təməl üzərində yerləşdirməyin vaxtının çoxdan çatdığını vurğulayan Ərdoğan deyib: “Aİ-nin ölkəmizlə münasibətlərini əhdə vəfa prinsipi çərçivəsində ədalətli və nəticəyönlü yanaşma ilə davam etdirməsi, münasibətlərimizi çıxılmaz vəziyyətə salan siyasət və ifadələrdən çəkinməsi həyati əhəmiyyət kəsb edir. Aİ-nin qlobal güc statusuna da mənfi təsir edən ölkəmizə qarşı tətbiq olunan uzaqlaşdırma siyasəti qarşısında Türkiyə sahib olduğu strateji imkan və qabiliyyətlərindən istifadə etmək, eləcə də onları inkişaf etdirməkdən çəkinməyəcək. Fürsətdən istifadə edərək bir daha xatırlatmaq istəyirəm ki, Türkiyə olaraq gələcəkdə daha firavan, daha həmrəy, daha açıq, ölkəmizin layiq olduğu yeri tutduğu bir Avropa masası üçün birlikdə çalışmağa hazırıq. Bu fikirlərlə başda Türkiyə vətəndaşları olmaqla bütün avropalıları 9 May - Avropa Günü münasibətilə təbrik edirəm”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır
20 May
Yaşar Sarı: Azərbaycan ilə Türkiyənin bir-birinə ehtiyacı var
20 May
XİN: Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır ...
20 May
Xankəndiyə prokuror təyin edilib
20 May
Parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı dinlənilir ...
20 May
Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİL...
20 May
Fərid Şəfiyev: Qarabağ müharibəsindən sonra Türkiyə ilə əməkdaşlıq təhsil sahəsində də inkişaf edib ...
20 May
AZPROMO: Azərbaycan Tacikistanın iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan verir...
20 May
Azərbaycan və Tacikistan şirkətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb
20 May
İrandakı vəziyyətlə bağlı İtaliya Baş nazirinin sədrliyi ilə Nazirlər Şurasının iclası keçirilib ...
20 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!