09 May 2024 22:28
324
CƏMİYYƏT
A- A+

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb  

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən illik iclası çərçivəsində “Biznes və insan hüquqları: Milli insan hüquqları təsisatlarının rolu və təcrübələri” mövzusunda tematik sessiyada iştirak edib.

AZƏRTAC xəbər verir ki, sessiyada çıxışı zamanı Ombudsman biznes və insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyət barədə tədbir iştirakçılarına məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. Eyni zamanda, müvafiq sahədə milli qiymətləndirmə sənədinin cari il hazırlanaraq BMTİP-yə təqdim edildiyi və bu istiqamətdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub.

Səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva BMT-nin İnkişaf Proqramının Biznes və insan hüquqları üzrə qlobal rəhbəri Livio Sarandrea ilə görüş keçirib. Görüşdə biznes və insan hüquqları sahəsində milli qiymətləndirmə sənədi ilə əlaqədar müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video