28 Fevral 2019 02:28
401
İQTİSADİYYAT
A- A+
30 şirkət, 328 çeşiddə məhsul

30 şirkət, 328 çeşiddə məhsul


Ukraynadakı "Azərbaycan Ticarət Evi” böyük market şəbəkələrində məhsullarımızın satışa çıxarılmasında mühüm rol oynayır


Getdikcə dünya bazarında həm keyfiyyətinə, həm də etibarlılığına görə maraq doğuran Azərbaycan məhsullarının ixrac coğrafiyası böyüyür. "Made in Azerbaijan” brendi ilə ölkədən ixrac olunan məhsulların çeşidinin və həcminin hər keçən il artması bunu deməyə əsas verir.

Bu istiqamətdə atılan addımlardan biri də xaricdə "Azərbaycan Ticarət Evi”nin yaradılmasıdır. 2018-ci ildə 5 xarici ölkədə Azərbaycanın ticarət evi açılıb. Onlardan biri də Ukraynanın paytaxtı Kiyev şəhərində iyunun 22-də açılış mərasimi keçirilən ticarət mərkəzidir.

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış "Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 300 kvadratmetrə yaxındır. Ticarət evi "Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərib, Ukraynada satışı təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir.

Ticarət evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s.) nümayiş olunur. Ümumilikdə, "Azərbaycan Ticarət Evi”ndə 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir.

Açılış mərasimində çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər daim inkişaf etməkdədir. Azərbaycan və Ukraynanın dövlət başçılarının yüksək siyasi iradəsi nəticəsində bu gün ölkələrimiz arasında münasibətlər strateji səviyyəyə yüksəlib, müqavilələr bağlanıb, möhkəm müqavilə-hüquqi baza yaradılıb. Azərbaycanın Ukrayna ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir ticarət evinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, biznes təşəbbüslərinin stimullaşdırılması və keyfiyyətli Azərbaycan məhsullarının "Made in Azerbaijan” brendi ilə Ukrayna bazarında təşviqi baxımından əhəmiyyətli olacağını bildirib.

Qeyd edək ki, açılışından bir müddət sonra "Azərbaycan Ticarət Evi” ölkəmizdə istehsal olunan kənd təsərrüfatı, şərab və digər yerli məhsulların satışını təmin etmək üçün Ukraynanın müvafiq qurumlarından sertifikat və lisenziya da alıb. Artıq Azərbaycan məhsulları Ukraynanın ən böyük market şəbəkələrində satışa çıxarılıb. Bu da Ukraynada Azərbaycan məhsullarına marağı daha da artırıb. Ticarət evi ölkəmizdə istehsal olunan məhsulların ticarət dövriyyəsini artırmaq üçün Ukraynanın böyük vilayət və şəhərlərinin market şəbəkələri ilə müqavilə imzalayıb.

Ümumiyyətlə, ticarət evləri "Made in Azerbaijan” brendi ilə məhsullarımızın xaricə çıxışının asanlaşdırılması və təbliğ olunması, məhsulun heç bir vasitəçi olmadan ixracına imkan yaradılması prosesində körpü rolunu oynayır. Ticarət mərkəzinin uğurlu fəaliyyəti xarici iş adamlarını Azərbaycan məhsulları ilə yaxından tanış etməklə, ölkəmizə investisiyaların cəlb olunmasına şərait yaradır və ölkələr arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə, əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunmasına stimul verir.

R.BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!