25 May 2025 18:32
1303
Mədəniyyət
A- A+
28 May - Müstəqillik Günü və Azərbaycanda “Konstitusiya və Suverenlik İli” münasibətilə İstanbulda konsert olub  

28 May - Müstəqillik Günü və Azərbaycanda “Konstitusiya və Suverenlik İli” münasibətilə İstanbulda konsert olub  

28 May - Müstəqillik Günü və 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Türkiyədə silsilə tədbirlər davam edir.

AZƏRTAC xəbər verir ki, bu çərçivədə İstanbulun Halkalı Hayha Kemal Beyatlı Göstəri Mərkəzində möhtəşəm konsert proqramı təşkil edilib.

Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı, İstanbulun İFA idman klubunun dəstəyi ilə baş tutub.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəl Azərbaycan Diasporunun fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən TADEF-in rəhbəri Ədalət Turan, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və digərləri Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Zəfəri və bu Qələbənin Türk dünyası üçün əhəmiyyətindən danışıblar.

Bildirilib ki, son bir əsr ərzində dünyanın heç bir ölkəsi itirilmiş torpaqlarını yenidən özünə qaytarmayıb. Yalnız Azərbaycan 44 günlük Vətən müharibəsi ilə buna nail olub və bu Zəfər bütün Türk dünyasının bayramına çevrilib. Bu gün Türkiyə və Azərbaycan xalqları dünyada misli olmayan birliyə, bir millət olaraq iki dövlətə sahibdirlər. Hər iki ölkə birlikdə nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Valeh Hacıyev deyib ki, Azərbaycanda elan edilən “Konstitusiya və Suverenlik İli” bu il dünyanın bütün ölkələrində qeyd ediləcək.

İstanbulun Küçükcekmece rayonunun kaymakamı (icra başçısı) Mustafa Anteplioğlu isə çıxışında müstəqilliyin sadəcə bir torpağa deyil, dilinə, millətinə, dəyərlərinə sahib çıxmaq olduğunu vurğulayıb: “Azərbaycan xalqı daim bu dəyərləri uğrunda mübarizə aparıb. Qarabağ Zəfəri sadəcə bir Qələbə deyil, qürur, birlik məsələsi idi. Zəfərə gedən bu yolda Azərbaycanın yanında olması isə Türkiyə üçün bir qürur mənbəyidir. Bu gün liderlərimizin rəhbərliyi altında hər sahə üzrə daha da inkişaf edən əlaqələrimiz sadəcə xalqlarımızın deyil, bütün dünyanın rifahına xidmət edir”.

Tədbir “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömərin təqdimatında bədii hissə ilə davam etdirilib.

Konsertdə müğənnilər İradə İbrahimova, Günel Zeynalova (Azəri qızı Günel), Əməkdar artist Rəvanə Qurbanova, eləcə də Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov, tarzənlər Rövşən Qurbanov və Pərviz Musayev, kamançada Ceyhun Muradov və nağarada Səyyar Teymurovun ifalarında Azərbaycan və Türkiyə musiqiləri ifa edilib.

Təntənəli konsert proqramından sonra AZƏRTAC-a müsahibə verən İradə İbrahibova, Günel Zeynalova və Əlixan Səmədov keçirilən bu konsertlərin ölkələrimizn birliyi, milli mədəniyyətimizin daha geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Bundan əvvəl Qars və İğdırda baş tutan konsertlərdə də çox böyük coşğu ilə qarşılandıqlarını deyən Əlixan Səmədov bütün tədbirlərlərin keçirildiyi şəhərlərdə sözün əs mənasında Azərbaycan ruzigarının əsdiyini deyib: “Hər konsertin sonunda tamaşaçılar istər alqışları, istərsə də səsləndirdikləri şüarları ilə tədbirin davamını gözlədiklərini bildirirdilər. Belə bir ab-havanı hiss etmək olduqca qürurvericidir”.

“Əslində bu cür konsertlər daha çox təşkil edilməlidir. Hər birində iştirak etməyi çox istəyirik. Bir azərbaycanlı sənətçi olaraq bütün bu tədbirlərdə ölkəmizi təmsil etməkdən qürur hissi keçiririk” - deyə Günel Zeynalova bildirib.

İradə İbrahimova isə hisslərini ifadə edərək deyib: “Qarabağ Zəfərindən sonra biz artıq bayramlarımızı fərqli hisslərlə yaşayırıq. Artıq nisgilli deyil, qalib Azərbaycan olaraq xüsusi günlərimizi qeyd edirik və bunun qürururnu yaşayırıq. Azərbaycana toy-bayram çox yaraşır. Təbii ki, burada dövlətimizə, dövlətimizin başçısına, ordumuza, qazilərimizə və şəhidlərimizə minnətdarıq”.

Sənətçilər 28 May - Müstəqillik Günü münasibətilə dünyada yaşayan bütün azərbaycanlılara öz təbriklərini çatdırıblar.

Qeyd edək ki, silsilə tədbirlərin davamı olaraq bu gün Türkiyənin İzmir şəhərində daha bir konsert proqramı keçiriləcək. Növbəti tədbir isə yenidən İstanbulda baş tutacaq.

Belə ki, mayin 30-da İstanbulda Diasporla İş üzrə Dövlət Komitəsi, TADEF və İstanbulun Yeditepe Universitetinin təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində “Konstitusiya - Suverenlik - Ərazi Bütövlüyü” mövzusunda Azərbaycan-Türkiyə Müqayisəli Hüquq Simpoziumu keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!