19 Noyabr 2026 08:10
169
PARLAMENT
A- A+
2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb

2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb


Noyabrın 18-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər.

İclasda ötən plenar iclasda təqdim olunan gündəliyin 8-ci məsələsi - Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ətrafında müzakirələr davam etdirilib.

Müzakirələrdə parlamentin komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Azər Badamov, Məşhur Məmmədov, Rəşad Mahmudov çıxış edərək qeyd və təkliflərini diqqətə çatdırıblar.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri ölkə iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafının sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Çıxışlarda təqdim olunan qanun layihəsi biznes mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və iqtisadi fəallığın təşviqi baxımından dövlətin həyata keçirdiyi iqtisadi siyasətin məntiqi davamı kimi dəyərləndirilib. Sənəddə təklif olunan dəyişikliklərin iqtisadi suverenliyimizin möhkəmləndirilməsi, milli sahibkarlığın gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi baxımından vacibliyi qeyd olunub.

Komitə sədri Azər Əmiraslanov deputatların söylədikləri fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. O bildirib ki, bu - Azərbaycan Respublikası Milli Məclisinin 2027-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında qərar layihələridir.

Milli Məclisin Sədri qeyd edib ki, həmin qərar layihələri bu iclasda müzakirə olunacaq, amma qəbul edilməyəcək. Büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman bu qərar layihələri onlarla birlikdə qəbul ediləcək. 

Parlamentin işlər müdiri Firudin Hacıyev Azərbaycan Respublikası Milli Məclisinin 2027-ci il üçün xərclər smetası haqqında məlumatı təqdim edib.

O, növbəti il üçün dövlət büdcəsində Milli Məclisin saxlanması məqsədilə nəzərdə tutulan vəsaitin deputatların, Parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarının, eləcə də deputat köməkçilərinin əməkhaqlarının, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının, habelə malların, iş və xidmətlərin satın alınması və bir sıra digər maddələr üzrə xərclərin ödənilməsi üçün nəzərdə tutulduğunu deyib.

Sonra Hesablama Palatasının sədr müavini  Nəsir Sadıqov Azərbaycan Respublikası Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında məlumat verib.

O,  2027-ci ilin dövlət büdcəsində Hesablama Palatasının xərclər smetası üçün 14,3 milyon manat vəsait nəzərdə tutulduğunu deyib. Xərclər smetasında yer alan əməyin ödənişi, malların, işlərin, xidmətlərin satınalınması, sosial ödənişlər və digər istiqamətlər üzrə ayırmalar barədə danışıb.

İclasda parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. Diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olub. Layihədə qeyri-hökumət təşkilatlarının hüquqi statusunun, təşkilati strukturunun, fəaliyyət prinsiplərinin və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, sənəddə bir neçə istiqamət üzrə dəyişikliklər təklif olunur. 

Birinci istiqamət qeyri-hökumət təşkilatlarının növlərinin qanunvericilik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlıdır. Layihəyə əsasən, ictimai birliklərin peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq, iqtisadiyyat sahələri, habelə qanunla müəyyən edilmiş digər növlər üzrə yaradılması nəzərdə tutulur. Fondlar isə ictimai faydalı fond, xeyriyyə fondu və qanunla müəyyən edilmiş digər növlər üzrə təsnif edilir. Hər bir ictimai birliyin və fondun yalnız bir növdə yaradılması təklif olunur. 

İkinci istiqamət təşkilatların təsis edilməsi və idarə olunması ilə bağlı tələblərin dəqiqləşdirilməsidir. Belə ki, Mülki Məcəllədə və müvafiq sahə qanunlarında təşkilatların adlandırılması, təsis xüsusiyyətləri və nizamnamə tələbləri ilə bağlı dəyişikliklər nəzərdə tutulur. 

Üçüncü istiqamət maliyyə şəffaflığının, hesabatlılığının və məsuliyyət mexanizmlərinin gücləndirilməsi ilə bağlıdır. Layihəyə əsasən, təşkilatların əmlakının formalaşma mənbələri və onlardan istifadə barədə təfsilatlı illik maliyyə hesabatlarının təsdiqi, eləcə də vəsaitlərin alınması, toplanması, verilməsi və köçürülməsi zamanı terrorçuluğun maliyyələşdirilməsi risklərinin minimuma endirilməsinə yönəlmiş daxili prosedurların müəyyənləşdirilməsi nəzərdə tutulur. 

Dördüncü istiqamət qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması, bərpası və ləğvi ilə bağlı hüquqi əsasların yenilənməsidir. Layihədə qanunvericilik tələblərinin pozulması, şəffaflığın təmin edilməməsi, idarəetmə orqanlarının səlahiyyət müddətləri ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklərin aparılmaması və digər hallar üzrə təşkilatların fəaliyyətinin dayandırılması əsasları genişləndirilir. 

Beşinci istiqamət isə xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətinin hüquqi tənzimlənməsidir. Bu qurumların dövlət qeydiyyatı, müvafiq sazişlərin bağlanması və qüvvədə olma müddətinin uzadılması, eləcə də fəaliyyətlərinin şəffaflığı ilə bağlı tələblər dəqiqləşdirilir.

Layihənin keçid müddəalarına əsasən, qanun qüvvəyə mindikdən sonra artıq dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının 30 gün müddətində nizamnamələrini yeni tələblərə uyğunlaşdıraraq yenidən dövlət qeydiyyatı üçün müraciət etmələri nəzərdə tutulur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev məsələ barədə bu komitənin rəyini bildirib. O qeyd edib ki, təklif olunan dəyişikliklər daha peşəkar QHT-lərin formalaşmasını və sahəvi rəqabətin artmasını təmin edəcək, QHT sektorunda hesabatlılığı, şəffaflığı və səmərəliliyi artıracaq, vətəndaş cəmiyyəti institutlarının güclənməsinə və inkişafına əlavə stimul verəcək.

Deputat Hikmət Məmmədov məsələ barədə bəzi fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan elminin beynəlxalq inteqrasiyasında yeni mərhələ

08:50
19 Noyabr

Nəqliyyat dəhlizləri Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolunu gücləndirir

08:45
19 Noyabr

Sosial siyasətin maliyyə təminatı

08:40
19 Noyabr

2027-ci ilin dövlət büdcəsi dayanıqlı inkişaf və sosial rifah fəlsəfəsinə söykənir

08:35
19 Noyabr

Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib

08:30
19 Noyabr

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

08:25
19 Noyabr

Bakı-Berlin münasibətləri yeni inkişaf mərhələsindədir  

08:20
19 Noyabr

Parlamentdə Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş 

08:15
19 Noyabr

2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb

08:10
19 Noyabr

Səngərdən quruculuq meydanına

08:05
19 Noyabr

Azərbaycan-Almaniya əlaqələrində yeni səhifə

08:00
19 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:03
19 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:02
19 Noyabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında

01:01
19 Noyabr

Zelenski: Ukrayna Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir  

23:39
18 Noyabr

Gənclər və idman naziri “Eurosport”un nümayəndələri ilə görüşüb

22:37
18 Noyabr

Putin və Trampın görüşü noyabrın 19-na planlaşdırılıb

22:29
18 Noyabr

Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir  

21:56
18 Noyabr

Səfir: İçərişəhər hər zaman insana ilham verir

21:34
18 Noyabr

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub  

21:18
18 Noyabr

Milli Məclisin sədri Türkmənistanda işgüzar səfərdədir

20:54
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!