19 Noyabr 2026 08:40
129
İQTİSADİYYAT
A- A+
Sosial siyasətin maliyyə təminatı

Sosial siyasətin maliyyə təminatı


2027-ci ilin dövlət büdcəsi layihəsində sosial rifah yenə prioritetdir


Məlumdur ki, büdcənin hər maddəsinin arxasında insan taleləri, ailələrin güzəranı, sosial təminat, məşğulluq, təhsil və səhiyyə kimi cəmiyyətin gündəlik həyatına birbaşa təsir göstərən sahələr dayanır. Məhz bu baxımdan 2027-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan sosialyönümlü xərclər sosial siyasətin əsas prioritetlərini aydın əks etdirir. 

İlk növbədə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar ardıcıl və sistemli olaraq davam edir. O səbəbdən sayca altıncı sosial islahat paketinin icrası üçün də 2027-ci ilin dövlət və icmal büdcələrində müvafiq maliyyə təminatı yaradılıb. Bu da sosial siyasətin mərhələli və sistemli  siyasət əsasında davam etdiyini göstərir. Əslində, sosialyönümlü büdcənin başlıca məqsədi iqtisadi inkişafın nəticələrini vətəndaşların gündəlik həyatında hiss olunan rifaha çevirməkdir. Çünki dövlət büdcəsinin ən mühüm göstəricisi onun rəqəmləri deyil, insanların həyatına gətirdiyi müsbət dəyişikliklərdir. Bu öz konkret ifadəsini 2027-ci ilin büdcə layihəsində də tapır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə layihələri ilə bağlı təqdim etdiyi məlumatlar da həmin prioritetlərin maliyyə ifadəsini aydın ortaya qoyub. Nazir bildirib ki, gələn ilin dövlət büdcəsində sosial xərclər üçün 13 milyard manat nəzərdə tutulur. Bu, cari ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 222,7 milyon manat və ya 1,7 faiz artım deməkdir. Daha geniş mənada isə sosialyönümlü xərclərin həcmi 18,7 milyard manata çatacaq. Başqa sözlə, bu istiqamətdə xərclər 1,6 milyard manat və ya 9,2 faiz artacaq.

Diqqətçəkən məqamlardan biri də sosialyönümlü xərclərin dövlət büdcəsindəki payının 44,2 faizə yüksəlməsinin proqnozlaşdırılmasıdır. Bu göstərici cari illə müqayisədə 3,1 faiz  artım deməkdir. Ümumi daxili məhsulda (ÜDM)  sosialyönümlü xərclərin payının 13,3 faizə çatacağı gözlənilir. Rəqəmlər büdcə siyasətində sosial istiqamətin əhəmiyyətini nümayiş etdirməklə yanaşı, iqtisadi inkişafın nəticələrinin insan kapitalına, sosial təminata və ictimai rifaha yönəldilməsi baxımından da önəm daşıyır.

Sosial siyasətin nəticələri ilk növbədə insanların sosial təminatında, xüsusilə pensiya və müavinətlərin ödənilməsində özünü göstərir. Bu baxımdan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üçün proqnozlaşdırılan maliyyə göstəriciləri diqqətəlayiqdir. Qarşıdakı il üçün DSMF-nin gəlirlərinin 9 milyard 221 milyon, xərclərinin isə 9 milyard 273 milyon manat olması proqnozlaşdırılır. Fondun xərclərinin 96,5 faizinin, yəni 8 milyard 950 milyon manatının bilavasitə əhaliyə ödənişlərə yönəldilməsi nəzərdə tutulur. Bu məbləğin 2026-cı ilin təsdiq edilmiş rəqəmi ilə müqayisədə 753,6 milyon manat çox olması sosial ödənişlərin maliyyə təminatının genişləndirildiyini göstərir.

Gələn il də əmək pensiyaları indeksləşdiriləcək. Daha dəqiq desək, 2027-ci ildə pensiyaların təqribən 7,5 faiz səviyyəsində indeksləşdirilməsi və bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Təbii ki, bu addım pensiyaçıların gəlirlərinin inflyasiya və qiymət dəyişiklikləri fonunda qorunması baxımından vacibdir.

Məşğulluq imkanlarının genişləndirilməsi də 2027-ci ilin sosial siyasətinin mühüm istiqamətlərindən biri olacaq. Anar Əliyev gələn il İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 268,9 milyon, xərclərinin isə 319,2 milyon manata çatacağının proqnozlaşdırıldığını söyləyib. Fondun xərclərində nəzərdə tutulan 19,8 faizlik artım aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi üçün əlavə maliyyə imkanları yaradacaq. Belə ki, 2027-ci ildə fondun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq proqramlarına cəlb edilməsi gözlənilir. Bu prinsip işsizliyin azaldılması ilə yanaşı, insanların peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və dayanıqlı gəlir mənbəyi əldə etməsinə xidmət edir.

Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması da diqqət mərkəzindədir. İcbari Tibbi Sığorta Fondunun 2027-ci il üzrə gəlirlərinin 2 milyard 257 milyon, xərclərinin isə 2 milyard 980 milyon manat olması nəzərdə tutulur. Sistemin tam rəqəmsallaşdırılması, vahid elektron reyestrin yaradılması, tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması və xidmətlərin keyfiyyətinə əsaslanan maliyyələşmə modelinin qurulması qarşıda duran əsas vəzifələrdəndir.

Beləliklə, 2027-ci ilin büdcə layihəsində nəzərdə tutulan sosial xərclər pensiya və sosial ödənişlərdən tutmuş məşğulluğa, səhiyyəyə və rəqəmsal xidmətlərə qədər geniş sahəni əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların altıncı paketinin maliyyə təminatının yaradılması da həmin siyasətin  ardıcıllığını və dəqiq maliyyə resursları ilə dəstəkləndiyini nümayiş etdirir. Bu, 2027-ci ilin dövlət büdcə layihəsinin sosial mahiyyətinin ayrılan vəsaitlərin vətəndaşların rifahının yüksəldilməsinə və sosial təminatının gücləndirilməsinə xidmət etməsində ifadə olunur.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yüksəliş": insan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə

08:55
19 Noyabr

Azərbaycan elminin beynəlxalq inteqrasiyasında yeni mərhələ

08:50
19 Noyabr

Nəqliyyat dəhlizləri Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolunu gücləndirir

08:45
19 Noyabr

Sosial siyasətin maliyyə təminatı

08:40
19 Noyabr

2027-ci ilin dövlət büdcəsi dayanıqlı inkişaf və sosial rifah fəlsəfəsinə söykənir

08:35
19 Noyabr

Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib

08:30
19 Noyabr

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

08:25
19 Noyabr

Bakı-Berlin münasibətləri yeni inkişaf mərhələsindədir  

08:20
19 Noyabr

Parlamentdə Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş 

08:15
19 Noyabr

2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb

08:10
19 Noyabr

Səngərdən quruculuq meydanına

08:05
19 Noyabr

Azərbaycan-Almaniya əlaqələrində yeni səhifə

08:00
19 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:03
19 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:02
19 Noyabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında

01:01
19 Noyabr

Zelenski: Ukrayna Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir  

23:39
18 Noyabr

Gənclər və idman naziri “Eurosport”un nümayəndələri ilə görüşüb

22:37
18 Noyabr

Putin və Trampın görüşü noyabrın 19-na planlaşdırılıb

22:29
18 Noyabr

Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir  

21:56
18 Noyabr

Səfir: İçərişəhər hər zaman insana ilham verir

21:34
18 Noyabr

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub  

21:18
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!