Sabunçu rayonunun elektrik təchizatının yaxşılaşdırılması
üçün 110/35/10 kV-luq "Bakıxanov” yarımstansiyasında yenidənqurma işləri aparılmış,
yarımstansiyada yeni 35 və 10 kV-luq paylayıcı qurğular inşa edilərək eleqaz və
vakuum tipli elektrik avadanlıqlarla təchiz olunmuş, 110/35/10 kV-luq 2x25 MVA gücündə
transformatorlar 2x40 MVA gücündə transformatorlarla əvəz edilmişdir.
Xəzər rayonu Şüvəlan qəsəbəsində istilik
kompleksinin 35/10 kV-luq 10 MVA gücündə, Türkan qəsəbəsində gülçülük kompleksinin
35/6 kV-luq 2x16 MVA gücündə 409 saylı, Qaradağ rayonunda 35/6 kV-luq 2x10 MVA gücündə
505 saylı, Abşeron rayonunda 35/6 kV-luq 10 MVA gücündə 506 saylı yarımstansiyalar
inşa edilmişdir. "Bakı Ağ şəhər” şəhərsalma layihəsi çərçivəsində 110/35/10 kV-luq
2x50 MVA gücündə "Ağ şəhər-2” yarımstansiyası, 35/0,4 kV-luq 2 ədəd transformator
məntəqəsi inşa edilmişdir. "Ağ şəhər-1” və "Ağ şəhər-2” yarımstansiyaları arasında
ikidövrəli 14,4 km uzunluğunda 110 kV-luq kabel xətləri çəkilmişdir.
Qəbələ rayonunda 110/35/10 kV-luq 2x40 MVA
gücündə "Qəbələ”, İsmayıllı rayonunda 110/35/10 kV-luq 2x16 MVA gücündə "İsmayıllı”,
110/35/10 kV-luq 10 MVA gücündə "Topçu”, Ağdaş rayonunda 110/35/10 kV-luq 2x25 MVA
gücündə "Ağdaş”, Ağcabədi rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağcabədi-2”,
Sabirabad rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Cavad”, Cəlilabad rayonunda
110/35/10 kV-luq 2x31,5 MVA gücündə "Cəlilabad”, Lənkəran şəhərində 110/35/10 kV-luq
2x25 MVA gücündə "Lənkəran-2”, Tərtər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə
"Tərtər”, Quba rayonunda 35/10 kV-luq 4 MVA gücündə "Hil”, 35/0,4 kV-luq 0,1 MVA
gücündə "Qaladalı”, Xaçmaz rayonunda 35/0,4 kV-luq 0,1 MVA gücündə "Susayqışlaq”,
Xızı rayonunda 35/6 kV-luq 4 MVA gücündə "Şurabad”, 35/10 kV-luq 1,8 MVA gücündə
"Baxışlı”, Qəbələ rayonunda 35/10 kV-luq 2x10 MVA gücündə "Vəndam”, İmişli rayonunda
35/6 kV-luq 2x4 MVA gücündə "Bəhrəmtəpə” yarımstansiyaları inşa edilmişdir.
Şabran rayonunda "Çıraqqala” aqroparkı üçün
35/10 kV-luq 4 MVA gücündə və 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Salyan rayonunda
"Qızılağac” aqroparkı üçün 10/0,4 kV-luq 2x630 kVA gücündə, Qax rayonunda aqropark
üçün 35/10 kV-luq 6,3 MVA gücündə, Tovuz rayonunda heyvandarlıq kompleksi üçün
10/0,4 kV-luq 2x1000 kVA gücündə, Füzuli rayonunda kənd təsərrüfatı obyekti üçün
10/0,4 kV-luq 2x1000 kVA gücündə, Ağcabədi rayonunda fermer təsərrüfatı üçün
35/10 kV-luq 10 MVA gücündə yarımstansiyalar və transformator məntəqələri inşa edilərək
istismara verilmişdir.
Xəzər rayonu Şağan qəsəbəsində 6/0,4 kV-luq
2x400 kVA gücündə 33 saylı transformator məntəqəsi, Yasamal rayonunda 10/0,4 kV-luq
2x630 kVA gücündə 1151 saylı transformator məntəqəsi müasir avadanlıqlarla təmin
olunmuş, Abşeron rayonu Güzdək qəsəbəsində və Binəqədi-Novxanı yolunda 10 kV-luq
paylayıcı qurğular tikilmişdir.
Əhalinin elektrik təchizatının yaxşılaşdırılması
üçün 390 ədəd komplekt transformator məntəqəsi quraşdırılmış, 121,8 km 35 kV-luq,
481,7 km 6-10 kV-luq, 1017,7 km 0,4 kV-luq kabel xətləri çəkilmiş, 33,7 km 110 kV-luq,
103,5 km 35 kV-luq, 962,8 km 6-10 kV-luq, 4514,7 km ÖİN 0,4 kV-luq hava xətləri,
32 km 0,4 kV-luq hava xətləri çəkilmiş və
təmir olunmuş, 149131 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılmışdır.
Cari il ərzində 108 ədəd 110 kV-luq, 258
ədəd 35 kV-luq, 2750 ədəd 6 və 10 kV-luq yarımstansiyalarda, 146,4 km 110 kV-luq,
660 km 35 kV-luq, 1750 km 6 və 10 kV-luq 4000 km-dən artıq 0,4 kV-luq elektrik veriliş
xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilmiş, avadanlıqlarda və xətlərdə
texniki vəziyyətinin yoxlanılması təmin olunmuş, müəyyən edilmiş nasazlıqlar aradan
qaldırılmaqla təmir və sınaq işləri aparılmış, 950 ədəd 6-10 kV-luq, 27 ədəd 35
kV-luq transformator əsaslı təmir olunmuşdur.
2018-ci ildə regionlarda elektrik enerjisi
itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar
müddətini başa vurmuş 0,4 kV-luq köhnə elektrik şəbəkələrində yenidənqurma işləri
aparılması nəzərdə tutulmuşdur. Cari ildə bu işlər 119 kənddə yekunlaşmışdır. Bu
məqsədlə 34100 abonentin elektrik sayğacları və yaşayış evlərinin elektrik xətləri
həyətyanı sahələrdən çölə çıxarılmış, 58220 ədəd 0,4 kV-luq dayaq quraşdırılmış, 2535,7 km-dən çox ÖİN xətləri çəkilmişdir.
"Azərbaycan Respublikasında alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan
Prezidentinin 22 dekabr 2017-ci il tarixli 3535 saylı sərəncamının icrası ilə əlaqədar
"Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində
yerləşən külək elektrik stansiyalarında təmir və bərpa işləri aparılır. Stansiyaların
istehsal etdiyi elektrik enerjisinin ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının
ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV - luq 4 MVA gücündə yarımstansiyalar
inşa edilmiş, 110 kV-luq 4-cü Yaşma və 35 kV-luq Yaşma bağları hava xətləri ilə
əlaqələndirilmişdir.
Hesabat
müddəti ərzində ümumilikdə 245620 ədəd olmaqla, əhali istehlakçılarına aid
223386 ədəd, qeyri-əhali istehlakçılarına aid 22234 ədəd uçot dəstləri yenisi ilə
əvəz olunmuşdur. Bundan əlavə, ümumilikdə 186672 ədəd, o cümlədən əhali istehlakçılarına
aid 171739 ədəd, qeyri-əhali istehlakçılarına aid 14933 ədəd köhnə elektrik sayğacları
yenisi ilə əvəz edilmişdir. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı
elektrik enerjsinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 96,5%-ə, elektrik
enerjisi itkiləri 9,7%-ə qədər azaldılmışdır.