26 Yanvar 2024 10:45
1846
DÜNYA
A- A+
11 sentyabr hadisələrini ABŞ özü törədib

11 sentyabr hadisələrini ABŞ özü törədib

 

Ağ Evin sabiq prezidenti Donald Trampın etirafı şok effekti yaradıb

 

ABŞ-də üç minə yaxın insanın ölümünə səbəb olan terror aktından təxminən 23 il keçir. İstər dünya siyasəti, istərsə də təhlükəsizlik tarixində dönüş nöqtəsi olan bu hadisənin nəticələri hazırda da özünü göstərir.
2001-ci il sentyabrın 11-də baş vermiş hadisə qurbanlarının sayına görə dünya tarixində ən böyük terror aktı olub və həmin gün ABŞ və bütövlükdə dünya tarixində ən faciəli günlərdən biri hesab edilir. 
 Terror hadisəsinə gəlincə, 23 il öncə yayılan məlumatlar belə idi ki, "Əl-Qaidə" terrorçuları qaçırdıqları sərnişin təyyarələrini Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpıblar. Bundan əlavə, Pentaqon, Ağ Ev və yaxud Kapitoli binasına da hücum cəhdləri olub. Hücumlar nəticəsində 2977 nəfər həlak olub, daha 24 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti mülki şəxslər olub.
Bu terror hücumu ABŞ-nin ozamankı prezidenti Corc Buşun, eləcə də onun davamçılarının xarici siyasət və təhlükəsizlik strategiyasının başlanğıc nöqtəsi hesab edilib.
Nyu Yorkda Dünya Ticarət Mərkəzinin 110 mərtəbəli əkiz qüllələrinin dağıdılması ilə nəticələnən 11 sentyabr 2001-ci il hadisələri sadə amerikalılar üçün əsl faciəyə çevrildi. Eyni zamanda bu terror aktı Buş administrasiyasına Əfqanıstan və İraqa qanunsuz hərbi müdaxiləyə bəhanə verdi.
Bu terror aktının faktiki təşkilatçısının kim olduğu hələ də bəlli deyil. Hüquq-mühafizə orqanlarında uzun illər təcrübəsi olan dünya ekspertləri bir məsələdə həmfikirdirlər - belə bir hücumu terrorçular deyil, yalnız xüsusi xidmət orqanları həyata keçirə bilərdi.
Hücumlara görə məsuliyyəti Üsamə bin Ladenin başçılıq etdiyi "Əl-Qaidə" terror təşkilatının üzərinə götürməsinə baxmayaraq, 11 sentyabr hücumu ilə bağlı qızğın müzakirələr bu gün də davam edir.
Amma 23 il sonra - yanvarın 24-də Ağ Evin keçmiş prezidenti Donald Trampın səsləndirdiyi fikirlər ABŞ-də şok effekti yaradıb. Tramp bildirib ki, 11 sentyabr 2001-ci il hadisələri Amerika hakimiyyətinin dünyaya təqdim etdiyi kimi deyil. ABŞ-nin özündən başqa heç bir ölkə bu faciədə iştirak etməyib: "4 il ağzımı yumdular, amma indi mən hər zaman deyirəm. Dünya Ticarət Mərkəzinin qüllələrinə hücum olmayıb, yəni bizə göstərildiyi kimi hücum olmayıb və bu işdə başqa dövlətlərin rolu yoxdur". 
Trampın sözlərinə görə, bu terror aktı Vaşinqton üçün Yaxın Şərqdə müharibə və milyonlarla insanın öldürülməsilə nəticələndi: "9 trilyon dollar xərclədik, milyonlarla insanı öldürdük... və nəyə nail olduq? Heç nə! Bizdə ancaq ölüm və qan var".
Nyu Hempşir ştatının Lakoniya şəhərində verdiyi açıqlamada ABŞ-nin sabiq prezidenti ölkənin xarici siyasətini biabırçılıq adlandırıb və həmçinin Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmağa çağırıb.
Xatırladaq ki, 11 sentyabr hadisələrindən sonra ABŞ Əfqanıstanda "Taliban" hakimiyyətini devirmək üçün ölkəni bombalamağa başladı və noyabrda Kabili ələ keçirdi. 2002-ci ilin yanvarında Amerikanın Kubadakı Quantanamo hərbi bazasında həbsxana açıldı və heç bir məhkəmə olmadan minlərlə insan orada terrorçu adı ilə qeyri-insani şəraitdə saxlandı. 2003-cü ilin martında ABŞ başda olmaqla Qərb ölkələrindən ibarət beynəlxalq koalisiya qüvvələri saxta əsaslarla İraqa hərbi müdaxilə etdi. Nəticədə qanuni dövlət başçısı Səddam Hüseyn devrilərək edam olundu, İraq parçalandı və viran edildi. Bununla da Vaşinqton milyonlarla insanın qanı bahasına Əfqanıstan və İraqa nəzarət etməyə başladı.
Onu da qeyd edək ki, İraq və Əfqanıstanda 6000-dən çox ABŞ əsgəri və zabiti həlak olub, 44 mindən çox hərbçi  yaralanıb.
Əslində, hələ XIX əsrdə, kapitalın qızğın beynəlxalq ekspansiyası dövründə ABŞ gənc kapitalist ölkə kimi öz imperializm yolunu tutmağa başlayıb. İspaniya-Amerika müharibəsi ABŞ-ni regional gücdən qlobal oyunçuya çevirən yolun başlanğıcı idi. Sonradan iki dünya müharibəsi zamanı mövqelərini möhkəmləndirib, ölkədən xaricdə ərazilərini genişləndirib və dünya hegemonuna çevrilib.
Adətən xarici ərazilər haqqında danışarkən, yerli ekspertlər Amerika tarixinin mərkəzində yer alan  ekspansionizm məsələlərindən yayınmağa üstünlük verirlər. Amma reallıqda ABŞ-nin imperialist yolu  yalan, xəyanət, qan və göz yaşları ilə döşənib.
Digər tərəfdən iqtisadi inkişafdan və texnoloji tərəqqidən faydalanan ABŞ daha gizli üsullarla müstəmləkəçiliyi qloballaşma ilə əvəz etməyə başlayıb. Məsələn, Vaşinqton  beynəlxalq siyasi və iqtisadi qaydaların qurulmasında aparıcı rol oynamış, "rəngli" inqilablar və hibrid müharibələr təşkil etmişdir. 
Beləliklə, ABŞ özünün imperialist yolunda "azadlıq", "demokratiya", "insan haqları" kimi gözəl yalanlara bürünüb, başqa ölkələrin işlərinə qarışmağa davam edir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!