08 Mart 2025 09:17
1727
CƏMİYYƏT
A- A+
105 yaşlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti

105 yaşlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti


Fəaliyyətində hər zaman humanizm prinsiplərinə sadiq olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaradılmasından 105 il ötür. 1920-ci il martın 10-da ölkəmizdə belə bir təşkilatın təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin və bütövlükdə cəmiyyətimizin  bəşəri dəyərlərə verdiyi böyük önəmin təcəssümü idi. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən, AzQAC-ın təsis edildiyi tarix - martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur. 

Fətəli Xan Xoyski və general Əliağa Şıxlinskinin təşəbbüsü ilə təsis edilən və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarı olan cəmiyyət hər zaman humanizm ideallarına sadiq qalmış, məqsəd və prinsiplərinə uyğun olaraq şərəflə fəaliyyət göstərmiş, humanitar problemlərin həllində fəal iştirak etmişdir. General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya Birinci Dünya müharibəsi zamanı şəfqət bacısı kimi hərbi xəstəxanalarda yaralılara qulluq etmişdir. Məhz Nigar Şıxlinskaya AzQAC-ın "Şəfqət xidməti"nin banisi olmuşdur.

Lakin Azərbaycanda hakimiyyətin bolşeviklər tərəfindən ələ keçirilməsindən sonra AzQAC-ın fəaliyyəti məhdudlaşdırılmış, 1922-ci ilədək respublikamızda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərmişdir. 1922-ci ilin oktyabr ayında Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə yenidən AzQAC yaradılmış və 1991-ci ilədək Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətlə məşğul olmuşdur. 

Sovet dövlətinin sərt qayda və qanunlarına rəğmən  həmin dövrdə də AzQAC öz fəaliyyətində böyük uğurlara imza atmışdır. Xüsusən epidemiya vaxtları çeviklik və həssaslıq nümayiş etdirən cəmiyyət respublika ərazisində vərəm, vəba, difteriya və digər yoluxucu xəstəliklərin qarşısının alınmasında böyük rol oynamışdır. Bu sırada İkinci Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi qeyd etmək lazımdır. Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının II Dünya müharibəsi illərində göstərdikləri fədakarlıqlar faşizm üzərində qələbənin əldə olunmasına mühüm töhfə vermişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ən yüksək mükafatı - "Florens Nayntingel" medalı ilə təltif olunanlar sırasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının da olması qürur hissi doğurur və böyük hörmətlə yad edilir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra AzQAC-ın tarixində yeni mərhələ başlamış, təşkilat müstəqil fəaliyyətini elan etmiş və Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin tərkibindən çıxmışdır.  Yenidən təşkilatlanan cəmiyyət ilk gündən etibarən Azərbaycanın qarşılaşdığı ciddi problemlərin həlli istiqamətində fəal iş aparmışdır. Təsadüfi deyil ki,  müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklərin, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan qeyri-hökumət təşkilatı məhz AzQAC olmuşdur.

 Müstəqillik illərində AzQAC-ın fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması isə xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə gəlişi ilə başlayır. Həmin dövrdən respublikamızda baş verən dəyişikliklər, vətəndaş cəmiyyəti institutlarının inkişafı AzQAC-ın da fəaliyyətini tamamilə yeni mərhələyə yüksəltdi. Ulu Öndərin dəstəyi ilə 1994-cü ildə AzQAC milli qurum kimi dövlət tərəfindən tanındı. Bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsi AzQAC-ı tanıdı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası AzQAC-ı öz sıralarına tam və bərabərhüquqlu üzv qəbul etdi. 

Sonrakı dövrlərdə də Heydər Əliyev AzQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəməmişdir. Ulu Öndərin 12 mart 2003-cü il tarixdə AzQAC-ın XX Qurultayına təbrik məktubu Ulu Öndərin cəmiyyətimizin fəaliyyətinə verdiyi əvəzsiz qiymətdir. Təbrikdə deyilir: "Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir". 

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyev də hər zaman AzQAC-ın fəaliyyətinə diqqət və qayğı ilə yanaşmışdır. Xüsusilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk aylarda verdiyi qərarlardan biri "Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında" 31 yanvar 2004-cü il tarixli sərəncamı olmuşdur. 2007-ci ildə isə Milli Məclis tərəfindən "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunun qəbulu cəmiyyətin statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Bu qanunun qəbulu da məhz Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün olmuşdur. 

Prezident İlham Əliyev tərəfindən AzQAC-ın yubileylərində cəmiyyət üzvlərinin orden və medallarla təltif edilməsi fəaliyyətimizə verilən ali dəyər olmaqla, humanizm və xeyriyyəçilik kimi müqəddəs missiyamızı daha inamla həyata keçirməyimiz üçün yüksək stimula çevrilmişdir. Bunlar qurumun fəaliyyətinə verilən qiymətin əyani nümunəsi, təkcə zəhmətlər, fədakarlıqlar hesabına keçilən yolun qiymətləndirilməsi deyil, eyni zamanda ülvi, bəşəri hisslərin - sevginin, qayğıkeşliyin, məhəbbətin, mərhəmətin təntənəsidir. 

Bu gün ölkəmizdə qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti, onların inkişafı üçün hər cür şərait mövcuddur. Bu şəraitdən səmərəli istifadə edən AzQAC fəaliyyət dairəsini daim genişləndirir. Regionda, MDB məkanında nümunəvi bir quruma çevrilən AzQAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasının müxtəlif vaxtlarda demək olar ki, bütün strukturlarında təmsil olunmuşdur. Məhz Azərbaycan Prezidenti, AzQAC-ın fəxri üzvü cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində cəmiyyət bu gün MDB ölkələrinin milli cəmiyyətləri arasında ən inkişaf etmiş və ən yaxşı təchiz olunmuş milli təşkilatlardan birinə çevrilmişdir. Vaxtilə xarici donorlardan asılı olan cəmiyyət dövlətin dəstəyi ilə özü donor təşkilata çevrilmiş və bir çox ölkəyə humanitar yardımlar etmişdir. Bunlardan Türkiyə, Somali, İran,  Suriya, Türkiyə, Ukrayna, Belarus, Nepal, İraq, Moldova, Əfqanıstan kimi ölkələri göstərmək olar. Bir sözlə, bu gün biz güclü  və beynəlxalq çağırışlara cavab verən milli cəmiyyət qurmağa müvəffəq olmuşuq. Azərbaycan Prezidentinin təşkilatımızın fəxri üzvü olması bu qurumun dəyərini, xüsusi çəkisini artırmışdır. Bu həm də fəaliyyətimizə diqqət və qayğının yüksək göstəricisi olmaqla bizi işimizdə daha məsuliyyətli olmağa, ölkəmizə layiqincə xidmət etməyə sövq edir.

Onu da qeyd edək ki, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərindən irəli gələrək xeyirxahlıq və mərhəmət kimi nəcib əməllərə əsaslanan fəaliyyətlərə böyük önəm verilmişdir. Bu gün Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər nəinki ölkəmizdə, bütün dünyada yüksək bir nümunə kimi dəyərləndirilir. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondun həyata keçirdiyi layihə və proqramlar, xeyriyyəçilik tədbirləri, müxtəlif sosial aksiyalar əsasən əhalinin daha həssas təbəqəsinə yönəlmişdir. Bütün bunlar AzQAC-ın da fəaliyyətinə işıq salır, bizim üçün nümunəyə çevrilir. 

Humanizm dəyərlərinin, mərhəmət və xeyirxahlıq ənənələrinin inkişafında və təbliğində mühüm rol oynayan AzQAC hazırda 350 minədək üzvü, 25 minədək könüllüsü olan təşkilatdır. Eyni zamanda respublikamızın ictimai və sosial həyatında  özünəməxsus yer tutan AzQAC humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya və sosial müdafiəyə ehtiyacı olan, çətinliklərlə üzləşən, əhalinin həssas qruplarından olan insanlara təmənnasız maddi və mənəvi dəstək göstərir. Sosial məsələlərin həllinə yaxından kömək göstərməsi və fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi cəmiyyətə nüfuz qazandırmışdır.

Ölkə miqyasında mühüm vəzifələrin yerinə yetirilməsinin fəal iştirakçılarından biri olan 105 yaşlı AzQAC nəcib və xeyirxah ənənələrinə sadiq qalaraq bundan sonra da humanitar sahənin inkişafına layiqli töhfələr verəcəkdir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qızıl Aypara Cəmiyyəti öz ənənələrini layiqincə yaşadaraq, ölkəmizin sosial-ictimai həyatında özünəməxsus yerini qoruyacaq, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması naminə dövlətimizin həyata keçirdiyi proqramlarda bundan sonra da əzmkarlıq nümayiş etdirəcəkdir. 


Novruzəli ASLANOV,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!