Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

«Rabitə» ölkə çempionudur!
19 Aprel 2013
 

Bakının "Rabitə" qadın voleybol klubu dalbadal 6-cı dəfə ölkə çempionu adını qazanmışdır. Komanda çempionluğunu mövsümün başa çatmasına üç tur qalmış elan etmişdir.

"Rabitə"çilər bu uğura Super Liqanın 25-ci turunda "İqtisadçı" ilə görüşdə nail olmuşlar. Matçdan 3:2 hesablı qələbə ilə ayrılan "Rabitə" rəqibləri üçün əlçatmaz olmuşdur. Çempionluq sayında Azərbaycan rekordçusu olan komanda göstəricisini daha da yaxşılaşdırmışdır.

Qeyd edək ki, "Rabitə" bu mövsüm həmçinin klublararası dünya çempionatının və CEV Çempionlar Liqasının finalçısı olmuşdur.