07 May 2024 21:59
447
Mədəniyyət
A- A+

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub  

 

Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə üzrə Heydər Əliyev mərkəzlərinin Şamaxıda toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr edilən toplantı müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin irsinin, dövlətçilik ənənələrinin, inkişaf strategiyasının öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılması və beynəlxalq müstəvidə təqdim edilməsi məqsədilə silsilə tədbirlər çərçivəsində keçirilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Ulu Öndərin dövlətçilik fəlsəfəsindən danışıb, siyasi irsinin öyrənilməsinin vacibliyini qeyd edib, onun misilsiz tarixi xidmətlərinin tədqiq və inkişaf etdirilməsinin, geniş auditoriyalarda təbliğinin önəminə nəzər salıb və bu işlərdə Heydər Əliyev mərkəzlərinin rolunu vurğulayıb.

Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Rəna Məmmədova Mərkəzin fəaliyyəti haqqında danışıb. O, Heydər Əliyev irsinin dərindən öyrənilməsi, qorunub-saxlanması, geniş təbliği və tətbiqi məqsədilə silsilə tədbirlərin, ekskursiyaların, seminarların, elmi-praktik konfransların, müxtəlif yaş qruplarını əhatə edən layihələrin həyata keçirildiyini, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarının təşkil edildiyini, Heydər Əliyev məktəblərinin yaradıldığını bildirib.

Toplantıda Şamaxı, Suraxanı, Masallı, Zərdab, Şabran, Tərtər, Qax, Neftçala, İmişli rayon və Gəncə şəhər Heydər Əliyev mərkəzlərinin direktorları Ulu Öndərin irsinin araşdırılması istiqamətində təmsil etdikləri qurumların fəaliyyətindən, həyata keçirilən layihələrin önəmindən danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video