07 May 2024 23:04
276
SİYASƏT
A- A+

ABŞ öz bazasını BƏƏ-dən Qətərə köçürmək məcburiyyətində qalıb

 

Əbu-Dabi Vaşinqtonla Tehran arasında silahlı münaqişə səhnəsinə çevrilmək istəmir

ABŞ əvvəllər BƏƏ-də yerləşdirilmiş hərbi kontingentini Qətərdəki bazaya köçürür. Son zamanlar Əbu-Dabi Vaşinqtonun regiondakı iranpərəst qüvvələrə qarşı hərəkətlərini çətinləşdirməyə çalışır. BƏƏ də regionun digər ölkələri kimi Tehranla gərginliyi aradan qaldırmağa çalışır və onun ərazisinin ABŞ və İran arasında silahlı münaqişə meydanına çevrilməsini istəmir.

 “İzvestiya” yazır ki, Vaşinqton Əbu-Dabidəki Ad-Dhafra aviabazasından hava hücumlarına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün BƏƏ-dən Qətərə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi nəqliyyat təyyarələrini köçürür. Bu barədə “The Wall Street Journal” (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Bildirildiyi kimi, fevral ayında BƏƏ səlahiyyətliləri Vaşinqtonu məlumatlandırıblar ki, onlar ABŞ-a Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və Əd-Dhafra aviabazasında yerləşən pilotsuz təyyarələrin Yəmən və İraqa zərbələr endirməsinə bundan sonra icazə verməyəcəklər.

BƏƏ nümayəndəsinin dediyinə əsasən,  bu tədbirlər özünümüdafiə maraqları naminə həyata keçirilib. Narazılığa səbəb 2022-ci ilin əvvəlində husilərin ölkənin strateji infrastrukturuna hücum etdiyi zaman Vaşinqtonun Əmirliyi qorumaq üçün tədbirlər görməyə tələsməməsi olub.

Bununla əlaqədar olaraq, Amerika komandanlığı öz hərbi təyyarələrini belə bir qadağa olmayan Qətərdəki Əl-Udeyd aviabazasına göndərmək qərarına gəlib.

 Ümumilikdə, məqalə müəlliflərinin fikrincə, mövcud vəziyyət ABŞ ilə bəzi Körfəz ölkələri arasında artan gərginliyi vurğulayır. Əvvəllər Amerika qoşunlarının öz ərazilərində yerləşdirilməsinə imkan verən ölkələr regional münaqişəyə cəlb olunmaqdan ehtiyatlanırlar.

Amerikalıların Suriya, İraq və Yəməndəki hədəfləri vurmaq üçün istifadə etdikləri Yaxın Şərqdəki bəzi hərbi bazalara çıxışı var. Lakin regional gərginliyin artması ilə Əbu-Dabi ABŞ-nin mümkün hərbi əməliyyatları nəticəsində hücumların hədəfinə çevrilməkdən ehtiyat edir.

Daha əvvəl “Politico” həmçinin BƏƏ-nin bir sıra digər Körfəz ölkələri ilə birlikdə ABŞ və müttəfiqlərinin İraq, Suriyada şiə qruplaşmalarına və Yəməndəki  "Ənsar Allah" hərəkatına qarşı reydlər keçirməsini getdikcə məhdudlaşdırdığını bildirmişdi.

Qeyd olunub ki, bu cür addımlar “Tehranla münasibətlərdə gərginliyi azaltmağa çalışan” dövlətlər tərəfindən atılıb. Onlar İrana qarşı çıxdıqları, Qərbə və İsrailə çox yaxın olduqları barədə təsəvvür yaratmaq istəmirlər.

Hazırda ABŞ-ın regiondakı ən böyük bazası Küveytdədir. Oradakı 5 bazada 13,5 minə yaxın hərbi qulluqçu var. İkinci yerdə Qətərdir. Əl-Udeyd aviabazasında ABŞ Hərbi Hava Qüvvələrinin birləşmiş hava əməliyyatları mərkəzi, ABŞ Mərkəzi Komandanlığının qərargahı və 10 minə yaxın amerikalı əsgər yerləşir.

BƏƏ-dəki Əl-Dhafra bazası üçüncü hesab olunur.

Ümumiyyətlə, Vaşinqton və onun müttəfiqlərinin Yəməndə başlatdığı hərbi kampaniya o qədər də uğurlu olmayıb. “Ənsar Allah” qruplaşması 100-ə yaxın ticarət gəmisinə hücum edərək beynəlxalq daşımalara ziyan vurub. Eyni zamanda, onların təxribatlarının coğrafiyası genişlənir.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video