Bal qətrəli salxımlar

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bal qətrəli salxımlar

10 Avgust 2018
 

Üzümçülüyün inkişafı ərzaq  təhlükəsizliyinə töhfə, ixrac potensialının artması, yeni iş yerləri deməkdir

 

Azərbaycanın bir çox bölgələrində üzüm bağları yenidən gözəllik və sərvətə çevrilib. Kənd təsərrüfatının unudulmuş, məlum səbəblərdən bərbad hala düşmüş bir sıra digər sahələri ilə yanaşı, üzümçülük də dirçəlib, canlanıb, inkişaf yoluna qədəm qoyub. Dövlətin hərtərəfli dəstəyi ilə indi bu sahənin də keçmiş şöhrəti özünə qaytarılır.

2016-cı ildə ölkədə 136 min ton, keçən il isə 152 min ton üzüm tədarük edilib.  Bu il də üzüm bağlarında bal qətrəli bol məhsul yetişib.

Üzüm elə bir meyvədir ki, onu hamı öz süfrəsində görmək, “can dərmanı” deyilən bu nemətlə ağzına dad gətirmək, sağlamlığını möhkəmləndirmək istəyir.

Üzümçülüyün inkişafı həm də kənd əhalisinin məşğulluq probleminin həllinə dəstək verir. İndi istər yeni bağların salınması, istərsə də məhsulun yetişdirilib toplanması və emalı sahələrində yüzlərlə insan çalışır.

Bağların barı çoxaldıqca üzümçülüklə bağlı emal sənayesinin inkişafı da sürətlənir. Şərab zavodları öz istehsal həcmini artırır. Bu isə ölkənin ixrac potensialının artması deməkdir. Çox keçməz ki, xoş sorağı uzaq ölkələrdən gələn Azərbaycan məhsullarının sayı daha da çoxalar.

 

“Azərbaycan”

Foto Ağaəli MƏMMƏDOVUNDUR