Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstanda təhsil departamentinin binasına hücum: ölənlər və yaralananlar var

11 İyul 2018
 

Əfqanıstanın Cəlalabad şəhərində təhsil departamentinin binasına silahlı basqın nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Bu barədə “Tolo News” telekanalı əyalət hökumətinin rəsmisinə istinadla məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, məlumatda hücum edənlərin bir neçə nəfəri girov götürdükləri də bildirilir. Şahidlərin söylədiklərinə görə, binada 50 nəfər ola bilərdi. Hadisənin məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.