Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fransa-Belçika matçının hakimləri açıqlandı

10 İyul 2018
 

DÇ-2018-in yarımfinal mərhələsinin ilk hakim təyinatları açıqlanıb. FİFA-dan verilən məlumata görə, Fransa - Belçika matçını uruqvaylı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi  Andres Kunya olacaq. Ona həmyerliləri Nikolas Taran və Maurisio Espinoza kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını meksikalı Sezar Ramos yerinə yetirəcək.

Qeyd edək ki, Fransa - Belçika oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.