Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hədəf finaldır

10 İyul 2018
 

Belçika millisinin müdafiəçisi Tomas Vermalen DÇ-2018-in yarımfinalında bu gün Fransaya qarşı keçirəcəkləri oyundan danışıb. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, qarşıdakı matç komandası üçün Braziliya ilə oyundan da çətin olacaq: “Fransa əvvəldən də turnirin favoritlərindən biri idi. Bu səbəbdən də düşünürəm ki, qarşıdakı matç Braziliya ilə oyundan da çətin keçəcək. Artıq Braziliya ilə matçı unutmuşuq. Hazırda bütün fikrimiz Fransa ilə oyuna yönəlib. Bu komandanı necə məğlub etmək barədə düşünürük. Yarımfinalda uduzsaq, çox məyus olacağıq.  Favorit hesab olunmağımıza təəccüblənmirəm. Çünki biz 1/4 finalda Braziliyanı məğlub etmişik. Əksinə, bu qələbədən sonra favorit hesab olunmamağımıza təəccüblənərdim”.