Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mərkəzi Bank: Azərbaycanda devalvasiyanın olması üçün heç bir səbəb yoxdur

14 İyun 2018
Azərbaycanda devalvasiyanın baş verməsi üçün heç bir fundamental səbəb yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyunun 14-də keçirdiyi mətbuat konfransında deyib.

"Bu il neftin orta qiyməti 70 dollardır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur. Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları - Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb olub. Nəticədə strateji valyuta ehtiyatları 2,1 milyard dollar artıb. Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli valyuta təklifi valyutaya olan tələbdən yüksəkdir”, - deyə E.Rüstəmov qeyd edib.