“Jara” MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Jara” MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib

12 İyun 2018
Rusiyanın TurStat analitik agentliyi MDB ölkələrinin bu ilin yayında açıq səma altında ən yaxşı festivallarının reytinqini təqdim edib.

AZƏRTAC xəbər verir ki, reytinqə əsasən, Minskdə (Belarus) “Rok za Bobrov”, Bakıda (Azərbaycan) “Jara” və Almatıda (Qazaxıstan) “FourЭ” festivalları MDB-də açıq səma altında keçirilən, rusiyalı turistlər arasında populyarlıq qazanmış musiqi festivallarının üçlüyünə daxildir.

Reytinq festivala baxmağa gedən tamaşaçıların sayına əsasən tərtib edilib.

Xatırladaq ki, III “Jara” Beynəlxalq Musiqi Festivalı iyulun 26-dan 29-dək Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçiriləcək. Festivalda EMİN, Qriqori Leps, LOBODA, Leninqrad, A’Studio qrupları, Artik & Asti, Alekseev, Burito, Valeri Meladze, Yeqor Krid və başqaları çıxış edəcəklər. Ötən il “Jara”da 10 mindən çox tamaşaçı olub.