Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

G7 sammiti nifaqla başa çatdı

11 İyun 2018
 

G7-nin sammiti zamanı ABŞ Prezidenti Donald Tramp yekun bəyannaməni imzalamaqdan imtina etmiş və tərəfdaşlarını Amerika biznesindən xeyir götürmək cəhdində suçlamışdır. Bu barədə gazeta.ru saytı xəbər verir.
Trampın qərarından Avropa narazıdır. Buna səbəb ABŞ liderinin sammitdəki gözlənilməz qərarları olmuşdur. O, heç kəsin bir-birini proteksionist addımlarda ittiham etməməsi üçün ölkələr arasında bütün ticarət rüsumlarının ləğv olunmasını tələb etmiş və Kanadanın Baş naziri Castin Trüdonun ABŞ-ın yeni rüsumlarının təhqiramiz olması barədə bəyanatlarını yalan adlandırmışdır. Sonradan Tramp tvitterdə yekun qərarı imzalamayacağını yazmışdır.
Bundan sonra Almaniya və Fransa bildirmişlər ki, Vaşinqtonun mövqeyindən asılı olmayaraq, G7-nin yekunlarına görə tərtib olunmuş sənədə riayət edəcəklər.
Qeyd olunur ki, əsas problem tariflərlə bağlıdır. ABŞ Prezidentinin fikrincə, Avropa öz biznesini dəstəkləmək və rəqiblərin nüfuzunu məhdudlaşdırmaq üçün tariflərdən istifadə edir.