“Azercell” uşaq hüquqlarının qorunmasına dair aksiya keçirib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azercell” uşaq hüquqlarının qorunmasına dair aksiya keçirib

02 İyun 2018
 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş layihə “Park Bulvar”ın tərəfdaşlığı ilə keçirilir

 

Məlumdur ki, 1950-ci ildə BMT Baş Assambleyası 1 iyunu Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyi qərara alıb. O vaxtdan dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. “Azercell Telekom” MMC bu il də ənənəsinə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirir. Belə ki, “Azercell Telekom”un təşəbbüsü və “Park Bulvar” Ticarət Mərkəzinin tərəfdaşlığı ilə Pantomima Teatrının aktyorları tərəfindən hazırlanan səhnəciklər əvvəlcə mayın 26-da “Park Bulvar”da nümayiş olunub. Səhnəciklər cəmiyyətdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa son qoyulması, onlara diqqət və qayğı göstərilməsinin önəmli olması barədədir. İzləyicilərə uşaq zorakılığına qarşı mübarizənin simvolu olan mavi lent və “Azercell”in təşəbbüsü ilə yaradılan “Uşaq Qaynar Xətti” mobil tətbiqinin istifadə qaydaları haqqında broşürlər paylanılıb. Şəhər əhalisi bu səhnəcikləri iyunun 1-3-də “Park Bulvar” TM-də, 2-3-də isə Fəvvarələr meydanında izləyə biləcək.

“Azercell Telekom” MMC uşaq hüquqlarının qorunmasına, uşaqların sağlamlığı və təhsilinə yönəlik layihələrə xüsusi önəm verir. Şirkət 2010-cu ildə yaranmasına yardım etdiyi və hər il dəstəklədiyi “Uşaq Qaynar Xətti” xidmətinin tərəfdaşı, kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan əhaliyə pulsuz tibbi xidmət göstərən “Mobil Diş” və “Mobil Göz” klinikalarının yaradıcısıdır. Bundan başqa, artıq dördüncü ildir ki, “Azercell” Uşaq Paralimpiya Komitəsinə dəstək verməkdə davam edir. “Azercell”in uşaq hüquqlarının qorunması ilə bağlı yeni sosial istiqaməti onların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün imkanların genişləndirməsilə bağlıdır. Bu sahədə “Azercell” həm texnoloji addımlar atmış, həm də müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır.

 

“Azərbaycan”