Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında dəstxəti ilə seçilən yazıçı, əsl elm fədaisi olub

11 May 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli yazıçı və böyük ədəbiyyatşünas Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin bədii yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirilib ki, Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatında dəstxəti ilə seçilən yazıçı, tələbələri üçün xeyirxah müəllim və əsl elm fədaisi olub.

Akademik İ.Həbibbəyli Mir Cəlal Paşayevin Ədəbiyyat İnstitutunda elmi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib.

Sonra tədbirdə “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni”, “Mir Cəlal nəsrində bədii yumor”, “Mir Cəlal Paşayevin elmi irsi” və digər mövzularda məruzələr dinlənilib.