Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Samuxun 31 yaşayış məntəqəsinin əhalisi tibbi müayinədən keçib

28 Aprel 2018
Azərbaycan Prezidentinin tövsiyəsinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Samux rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir.

Samux Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda əhalinin kütləvi müayinəsi üçün hər cür şərait yaradılıb. Belə ki, sakinlər yaradılan xüsusi həkim briqadaları tərəfindən müayinə edilir, ehtiyac olduqda füloqrafiya, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Fevralın 12-dən indiyədək 38 min 987 nəfər pulsuz müayinədən yararlanıb. Xəstəlik aşkar edilən 1456 nəfər ambulator, 88 nəfər stasionar müalicəyə cəlb edilib, 156 xəstə isə Bakı və Gəncə şəhərlərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilib. Müayinə dövründə rayon üzrə 136 təşkilat və kollektiv tibbi baxışdan keçib.

Bununla da rayonda olan 35 yaşayış məntəqəsindən 31-nin əhalisi pulsuz müayinəyə cəlb edilib və həmin məntəqələrdən 27-də tibbi baxışlar başa çatıb.