Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Monteneqroda prezident seçkilərində Cukanoviç qalib gəldi

16 Aprel 2018
Monteneqroda prezident seçkilərində hakim Sosialistlərin Demokratik Partiyasının lideri Milo Cukanoviç qələbə qazanmışdır. Bu barədə Dövlət Seçki Komissiyasına istinadən “İnterfaks” agentliyi xəbər verir. 

Cukanoviç 54,15 faiz səs, onun ən yaxın rəqibi – “Demokratik cəbhə” koalisiyasının namizədi Mladen Boyaniç 33,24 faiz səs toplamışdır. Sosial-Demokrat Partiyasının nümayəndəsi Draginya Vuksanoviç 8,19 faizlik nəticə ilə üçüncü yerdədir.
Bundan əvvəl Cukanoviç Baş nazir və Prezident vəzifələrini tutmuşdur. O, qələbəsini elan edərək bildirmişdir ki, növbəti prezidentliyi dövründə Monteneqro Avropa İttifaqına daxil olacaq.
Monteneqroda Prezident beş il müddətinə seçilir. Milo Cukanoviç 1991-ci ildən bəri hökumətdə rəhbər vəzifələr tutur. O, dəfələrlə ölkənin Baş naziri olmuş və 1998-2002-ci illərdə prezident vəzifəsini tutmuşdur.
Müxalifət Cukanoviçi avtoritarizmdə, korrupsiyada və mütəşəkkil cinayətkarlıqla əlaqədə ittiham edir.