Onu qonşu rayonlarda da tanıyırlar

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Onu qonşu rayonlarda da tanıyırlar

15 Aprel 2018
 

Xırmandalı Biləsuvar rayonunun böyük yaşayış məntəqələrindəndir. Əhalisinin sayı on min nəfərə çatır. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Burada mal-qara ilə yanaşı, at saxlayan ailələr də var. Kənd sakini Elməddin Zeynalov da atlara yəhər, qoşqu, yüyən hazırlayır. Bu məqsədlə həyətində münasib yer düzəldib sifarişlər qəbul edir.

Onunla iş yerində görüşdük. Dedi ki, bu işlə məşğul olmağa başlayanda 20 yaşım vardı. İlk işim xoşuma gəlməsə də, hiss etdim ki, nəsə alınır. Odur ki, bu sənəti özümə peşə seçdim. Aylar, illər ötdükcə müştərilərimin sayı artmağa başladı. Artıq neçə illərdir ki, ailəmizin dolanışığını əsasən bu yolla təmin edirəm. 

Elməddinin iş yeri xoş təsir bağışlayır. Sifarişləri səliqə ilə, zövqlə yerinə yetirir. Hamı həmişə ondan razılıq edir. Onu da deyim ki, hətta qonşu rayonlardan da sifarişlər alır. Usta Elməddin təkcə yaşadığı kənddə deyil, rayonda da bu sənəti yaşadan yeganə adamdır.

Özü bu barədə belə dedi:

- Övladlarım başqa peşə seçsələr də, istəyirəm ki, bu sənəti öyrənib gələcək nəsillərə ötürsünlər. Axı  atdan minik vasitəsi kimi, həm də müxtəlif təsərrüfat işlərinin görülməsində istifadə olunur.

 

Mirzə CƏFƏROV,

Biləsuvar rayon sakini