Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib

13 Aprel 2018
 

Aprelin 13-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşk yarımfinala vəsiqə qazanan İngiltərənin “Liverpul”, İtaliyanın “Roma”, İspaniyanın “Real Madrid” və Almaniyanın “Bavariya” komandaları arasında atılıb.

Püşkün nəticələrinə əsasən, yarımfinalda “Bavariya” və “Real Madrid”, həmçinin “Liverpul” və “Roma” komandaları qarşılaşacaqlar.

Püşkatma mərasimində UEFA Çempionlar Liqasının kuboku bu turnirin final matçının səfiri, Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenkoya təqdim edilib.

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları aprelin 24 və 25-də, cavab görüşləri mayın 1 və 2-də keçiriləcək. Final qarşılaşması isə mayın 26-da Kiyev şəhərində oynanılacaq.