Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Son 14 ildə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb

12 Aprel 2018
Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin edib. 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 2003-cü ilə nisbətən 13,5 dəfə artaraq 16,5 milyard manat, xərcləri isə 14,2 dəfə artaraq 17,5 milyard manata çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Diqqətə çatdırılıb ki, bu dövr ərzində büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna faiz nisbəti beynəlxalq təcrübədə müəyyən edilmiş 3 faizlik normaya qarşı orta hesabla 0,6 faiz təşkil edib, 2004, 2006, 2011 və 2013-cü illərdə isə dövlət büdcəsi profisitlə icra edilib. Əhalinin iqtisadi və sosial təminatının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürətli inkişafının davam etdirilməsi məsələləri büdcə siyasətinin əsas istiqamətləri olaraq qalır. Belə ki, 2017-ci ildə dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 2003-cü ilə nisbətən 11,0 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 18,2 dəfə çoxdur.