
Azərbaycanlı alim Moskvada 1918-ci il mart soyqırımı və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir
28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyyannaməsi elan edildi. Azərbaycan Xalq Cümhüriyyətinin höküməti Yelizavetpol şəhərində yerləşdikdən sonra, şəhərin qədim Gəncə adı qaytarıldı. Azərbaycan Xalq Cümhüriyyətinin Şərqdə ilk demokratik əsaslarla yaradılmış və qadınlara seçmək hüququ verililən ilk demokratik əsaslı müsəlman, dünyəvi dövlət olmuşdur.
Konfransda müəllif tərəfindən Azərbaycanın tarixi torpaqlarında heç bir ermənistan adlı dövlət və ya ərazinin olmamasını subut edən 1809-1817-ci illərdə Gülüstan və Buxarest sülh muqavilələri əsasında Rusiya İmperiyasında hazırlanmış hərbi xəritə də numayiş etdirildi. Azərbaycanın tarixi ərazisində 1918-ci ildə ermənistan dövlətinin yaradılmasının heç bir tarixi hüquqi əsəsının olmaması bərədə məlumat verildi. Həmçinin Azərbaycan Xalq Cumhürriyəti atributları haqqında konfrans iştirakçılarına geniş məlumat verildi. Sonda 11-ci Qızıl Ordunun 1920-ci ilin 27 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsi və Azərbaycan Sovet Sosialist Respublikası elan edilməsi qeyd olundu.