Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cənubi Koreya rəsmisi: Donald Tramp və Kim Çen In görüşə bilər

09 Mart 2018
ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In may ayınadək görüşə bilərlər.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikası prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çunq Euy-yonq Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib.

Cənubi Koreya rəsmisi bildirib ki, ABŞ prezidenti Donald Tramp KXDR liderinin dəvətini qəbul edərək ən qısa zamanda onunla görüşməyə razı olduğunu deyib.

Qeyd edək ki, Çunq Euy-yonq Şimali Koreyaya səfərlərinin yekunu barədə Seulda açıqlama verərkən demişdi ki, KXDR lideri Kim Çen In onlara nüvə silahsızlaşdırılması məsələsini ABŞ ilə müzakirə etməyə hazır olduğunu deyib. Kim Çen In hətta nüvə silahsızlaşdırılması məsələsinə nail olmağın onun atasının ölümqabağı son arzusu olduğunu da ifadə etmişdi.