Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beyləqanda 5930 sakin tibbi müayinə olunub

04 Mart 2018
 

Ölkəmizdə həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində fevralın 12-dən etibarən Beyləqan rayonunda 3 yaşayış məntəqəsinin sakinləri və 8 idarə-müəssisə kollektivi olmaqla, ümumilikdə 5930 nəfər sakin müayinə olunub.

Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, müayinələr zamanı xəstəliklərin aşkarlandığı 981 nəfər ambulator, 32 nəfər isə stasionar müalicəyə cəlb olunub, 6 nəfər Bakı şəhərinə göndərilib. Sakinlər mərkəzi rayon xəstəxanasında, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunurlar. Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadası tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi aparılır.

Tibbi müayinədən Beyləqan rayonunun 69 min 150 sakininin keçməsi nəzərdə tutulub.