Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tovuzda bu günədək 17 mindən çox rayon sakini tibbi müayinədən keçib

01 Mart 2018
 

Ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Tovuz rayonunda da uğurla davam etdirilir. Bu məqsədlə Tovuz Rayon Mərkəzi Xəstəxanasında müvafiq komissiya yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları təşkil edilib.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, indiyədək 17 min 328 sakin müayinə olunub. Müayinə olunanlardan 1604 nəfəri ambulator, 12 nəfəri stasionar müalicəyə cəlb edilib. Rayon sakinlərindən 6 nəfər isə müalicələrini davam etdirmək üçün Bakı şəhərinin ixtisaslaşdırılmış xəstəxanalarına göndərilib.