10 May 2024 16:09
347
DÜNYA
A- A+

Paşinyana qarşı impiçment proseduruna başlamaq üçün 54 səs lazımdır

 

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı impiçment proseduruna başlamaq və posta öz namizədini irəli sürmək üçün müxalifətə azı 54 səs toplamaq lazımdır. “Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Hazırda müxalifətdən olan “Hayastan” və “Şərəfim var” fraksiyalarını Ermənistan Milli Məclisində 35 deputat təmsil edir. Müxalifət daha 19 deputatın dəstəyini almalıdır.
Hazırda Ermənistan ərazisində Azərbaycanla sərhədin delimitasiyasına başlanması ilə bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar Paşinyanın istefasını tələb edirlər.
Yerli media xəbər verir ki, “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan parlamentin müxalifət qüvvələrinin baş nazirə etimadsızlıq səsverməsi prosesinin başlanması ilə bağlı gündəlik üzərində işləməyə hazır olduqlarını bildirib.
“Konkret proseslə bağlı müəyyən prosedur məsələləri var ki, onların bəziləri bizim tərəfimizdən müəyyən edilmir. Prosesi başa çatdırmaq üçün hakim “Vətəndaş müqaviləsi” fraksiyasından bir sıra deputatların iştirakını təmin etmək lazım gələcək”, - o qeyd edib.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video