10 May 2024 16:50
321
SİYASƏT
A- A+

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək  

 

Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək. Birgə görüş Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərində keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti bu məqsədlə mayın 12-16-da Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Feyziyev, Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov daxildir.

Səfər çərçivəsində deputatlarımız Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, və Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündə iştirak edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video